HÁMERSLİ DƏMİR FİLİZİ HÖVZƏSİ – Avstraliyanın Qәrbi Avstraliya ştatı әrazisindәdir. 100-dәn çox yataqdan ibarәtdir. Sah. 150 min km2. Zәngin filizlәrin ümumi ehtiyatı 32 mlrd. t, kasıb filizlәrin (dәmirli kvarsitlәrin) ehtiyatı isә yüzlәrlә mlrd. t-dur. Dәmirin filizdәki miqdarı uyğun olaraq 64–67% vә 25–40%-dir. Hövzә tektonik cәhәtdәn Avstraliya platformasının şm.-q.-indәki Son Arxey-Alt Proterozoy çökәkliyi ilә әlaqәdardır. Filizlәşmә Alt Proterozoy süxurlarındadır, әsasәn Hamersli mәrtәbәsinin süxurlarında (qalınlığı 2,5 km) lokallaşmışdır. Əsas filiz mineralları: maqnetit, hematit, rodusit, ribekit, kuminqtonit, biotit, xlorit.










