HAMGÖN NAMDO (Cәnubi Hamgön) – KXDR-dә әyalәt. Sah. 18,1 min km2. Əh. 3,3 mln. (2009). İnz. m. Hamhın ş.-dir. Ölkәnin ş.-indә, Yapon dәnizinin Şәrqi Koreya körfәzi sahilindәdir. Ölkәdә filiz hasilatı, qara vә әlvan metalların әridilmәsi, qeyri-filiz faydalı qazıntıların (әsasәn, maqnezit, barit) tәdarükü üzrә liderdir. Qonur kömürn iri yataqları әyalәtin Yonhın rayonunda yerlәşir. Qurğuşun vә sink konsentratının әn iri istehsalçısı Komdok mәdәnidir. Sink vә qurğuşun, әsasәn, ixrac olunur. Kobalttәrkibli filiz, hәmçinin maqnezit, volframtәrkibli filiz (Kensu yatağında) hasil olunur. Yapon dәnizinin sahilindә yerlәşәn Sinpxo H.N. әyalәtinin port şәhәridir. Balıqçılıq inkişaf etmişdir.











