HAMGÖN PUKTO (Şimali Hamgön) – KXDR-dә әyalәt. Sah. 16,4 min km2. Əh. 2,1 mln. (2009). İnz. m. Çhoncin ş.-dir. Ölkәnin şm.-ında, Yapon dәnizi sahilindәdir. Əyalәtin Musan mәdәnindә dәmir filizi hasil olunur; il әrzindә tәqr. 2 mln. t dәmir filizi konsentratı (tәrkibindә 60% dәmir) çıxarılır. Hәmçinin xrom, qrafit, kobaltlı filizlәr hasil edilir. Bitumlu kömür yataqları әyalәtin Aoçji rayonunda yerlәşir. Əhalinin başlıca mәşğuliyyәt sahәsi k.t.-dir; şәkәr çuğunduru, çәtәnә becәrilir.











