HAMİ ÇUXURU, H a m i ç ö k ә k l i y i – Çinin şm.-q.-indә, Şәrqi Tyanşandan c.- da vә Beyşan alçaq dağlığından şm.-q.-dә dağ arası çuxur. Uz. tәqr. 300 km, eni 100 km-әdәk. Üç axarsız çökәklikdәn ibarәtdir; әn az hünd. 81 m. Şoranlıqlardan, özünәmәxsus aşınma formaları (“eol şәhәrlәri”) ilә müşayiәt olunan qumlu sәhralardan ibarәtdir; şm. kәnarları boyu vahәlәr (yemiş, üzüm yetişdirilir) var. Daş kömür çıxarılır. H.ç.-nun şm.-ş.-indә Hami ş. yerlәşir.










