HAMİLƏLİK TOKSİKOZLARI – hamilәliklә әlaqәdar baş verәn patoloji vәziyyәt. “H.t.” anlayışını 20 әsrin әvvәllәrindә alman ginekoloqu V.Froynd (1833–1917) tәklif etmişdir. Lakin “toksikozlar” termininin burada işlәnmәsinin düzgün olmadığı mәlum olmuşdur, belә ki, H.t. olan xәstәlәrdә heç bir spesifik toksiki maddә aşkar edilmәmişdir. Xarici әdәbiyyatda “H.t.” termini әvәzinә adәtәn “gestozlar” (lat. gesto – daşımaq, hamilә olmaq) anlayışı istifadә olunur. H.t. erkәn (20 hәftәlik hamilәliyә qәdәr) vә gecikmiş (20 hәftәlikdәn sonra) formalara bölünür. Erkәn H.t.-nın çoxu üçün hәzm sistemi pozulmaları; gecikmiş formaları üçün damar pozuntular xarakterikdir. E r k ә n H.t.-na, keçirilmiş xәstәliklәrlә, hamilәlik xüsusiyyәtlәri ilә, әtraf mühitin zәrәrli amillәrinin orqanizmә tәsiri ilә әlaqәdar neyroendokrin tәnzimlәnmәsi vә maddәlәr mübadilәsi pozulmalarının nәticәsi kimi baxılır. Çox vaxt birlikdә baş verәn әn çox aramsız qusma (50–60% hamilәlәrdә) vә ağız suyunun axması (ptializm) müşahidә olunur. Qusma ağırlıq dәrәcәsinә görә yüngül (gündә bir neçә dәfә), orta ağırlıqlı (mülayim) (gündә 10 dәfәyә qәdәr), son dәrәcә ağır vә ya tabe olmayan (yüksәk bәdәn temp-ru, taxikardiya, arterial hipotenziya, huşun koma dәrәcәsinә qәdәr pozulması ilә davam edir; ölümlә nәticәlәnmә ola bilәr) olur. Hәdsiz dәrәcәdә ağız suyunun axması zamanı gün әrzindә ağız suyunun itirilmәsi 1 l-dәn çox ola bilәr ki, bu da orqanizmin susuzlaşmasına, hipoproteinemiyaya (qan zәrdabında zülalın miqdarının azalması) sәbәb ola bilәr. G e c i k m i ş H.t. çox vaxt erkәn H.t. keçirmiş qadınlarda inkişaf edir; 8–12% hamilәlәrdә müşahidә edilir (daha çox qlomerulonefriti, pielonefrit, hipertoniya xәstәliyi, neyroendokrin pozulmaları olanlarda). 4 forma gecikmiş H.t. ayırd edilir: hidrops, nefropatiya, preeklampsiya vә eklampsiya. Hidrops zamanı davamlı ödem әvvәlcә ayaqlarda, sonra gövdәdә, әllәrdә vә üzdә baş verir. Nefropatiya proteinuriya, ödem, arterial hipertenziya ilә sәciyyәlәnir. Ağır nefropatiya plasentanın qopmasına, dölün tәlәf olmasına, vaxtından әvvәl doğuşa sәbәb ola bilәr. Preeklampsiya ensefalopatiya tipindә MSS-in simptomları ilә tәzahür edir. Eklampsiya adәtәn preeklampsiya vә ya nefropatiya fonunda inkişaf edir: tәnәffüsün dayanmasının, üzün sianozunun, huşun itmәsinin 10–20 san-dәn sonra sәsli, xırıltılı tәnәffüslә, dilin dişlәnmәsi vә ağızdan qanla boyanmış köpüyün ifrazı ilә әvәz olunması ilә olan bütün skelet әzәlәlәrinin tonik qıcolması tutmaları baş verir. H.t. ağır keçdikdә vә ya onların inkişaf etmәsi riski olduqda stasionar müşahidәsi lazımdır.










