HÁMİLTON Lyuis Karl Devidson (d.7.1.1985, Hartfordşir qraflığı, Stivenic) – İngiltәrә idmançısı, 2000-ci ilin 2-ci yarısı – 2010-cu illәrdә dünyanın әn güclü avtoyürüşçülәrindәn biri. “Formula-1” dünya çempionatında ilk dәfә 2007 ildә çıxış etmiş, 5 dәfә dünya çempionu (2008, 2014, 2015, 2017, 2018) olmuşdur: “Mәnim tarixçәm” avtobioqrafik kitabının (2007) müәllifidir. Britaniya imperiyasının ordeninә (2009) layiq görülmüşdür.










