HÁMİLTON Uilyam Rouan (4.8.1805, Dublin – 2.9.1865, Dublin yaxınlığında, Dansink) – İrlandiya riyaziyyatçısı vә astronomu, Peterb. EA m. üzvü (1837), İrlandiya Kral EA üzvü (1824). Dublin Un-tini bitirdikdәn sonra (1827) oranın astronomiya üzrә prof.-u vә astronomiya rәsәdxanasının direktoru olmuşdur. Əsas elmi tәdqiqatları mexanikaya aiddir. H. mexanikada variasiya üsulundan istifadә edәrәk Hamilton funksiyasında tәtbiq olunan Hamilton tәnliklәrini tәklif etmişdir. Diferensial tәnliklәr nәzәriyyәsindә vә funksional analizdә istifadә olunan Hamilton operatorunu elmә daxil etmişdir. Qrassmanla tәqr. eyni vaxtda (1833–1835) kompleks әdәdlәr nәzәriyyәsinin formal şәrhini vermiş vә onların kvaternion sistemini qurmuşdur. “Assosiativlik qanunu” vә “vektor” terminlәrini dә elmә H. daxil etmişdir.










