HAMM Meriel Marqaret (Mia) (d.17.3.1972, Alabama ştatı, Selma) – ABŞ idmançısı, dünya qadın futbolu tarixindә әn yaxşı bombardirlәrdәn biri. Olimpiya (1996, Atlanta; 2004, Afina) vә 2 dәfә dünya çempionudur (1991, 1999). Sidney Olimpiadasının (2000) gümüş, dünya çempionatlarının (1995 vә 2003) bürünc mükafatçısıdır. Olimpiya FIFA-nın versiyası üzrә iki dәfә ilin әn yaxşı futbolçusu (2001, 2002) seçilmişdir. H.-ın adı 2007 ildәn Milli futbol Şöhrәti zalındadır (ABŞ).











