Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁMMER-PÚRQŞTALL
    HÁMMER-PÚRQŞTALL Yozef fon (Hammer-Purgstall Joseph Freiherr von) (9.6.1774, Ştiriya, Qrats – 23.11.1856, Avstriya, Vyana) – Avstriya şәrqşünası, diplomat. Vyanadakı Şәrq dillәri akademiyasını bitirmişdir (1796). Yunan, latın, fransız, italyan, әrәb, fars vә türk dillәrini öyrәnmişdir. 1799–1807 illәrdә Türkiyәdә diplomatik vәzifәdә çalışmış, 1807 ildә elmi tәdqiqatlar mәqsәdilә Parisә getmişdir. Osmanlı sәyahәtnamәlәrini Avropaya tanıtdıran ilk tarixçi olmuş, Övliya Çәlәbinin “Sәyahәtnamә”, Katib Çәlәbinin “Cahannüma” әsәrlәrinin Osmanlı Avropası ilә bağlı hissәlәrini ingilis dilinә tәrcümә etmişdir. Vyana EA-nın ilk prezidenti (1847–49) olmuşdur. Otuz ildәn çox türk tarixi vә әdәbiyyatını tәdqiq etmiş, “Osmanlı imperiyasının dövlәt tәşkili vә idarәsi” (1814–16), “Osmanlı dövlәti tarixi” (10 cilddә, 1827–35), “Osmanlı şeir sәnәti tarixinә dair” (4 cilddә, 1836–38) әsәrlәrini yazmışdır. H. elmi araşdırmaları ilә hәm osmanlı vә Şәrq tarixşünaslığında yeni bir mәrhәlә baş latmış, hәm dә İran, türk vә әrәb әdәbiyyatından etdiyi tәrcümәlәrlә (“1001 gecә nağılları”; “Hafiz divanı”, 1812–13; Mahmud Şәbüstәrinin “Gülşәni-raz” poeması, 1835) Göte başda olmaqla alman әdәbiyyatına tәsir göstәrmişdir. “Fars nәfis söz sәnәti tarixi” (1818) әsәrindә N.Gәncәvinin hәyat vә yaradıcılığı haqqında (müәyyәn sәhv vә qüsurlarına baxmayaraq) Avropada ilk dәfә nisbәtәn әtraflı mәlumat vermiş, Nizami mövzusunda “Şirin” poemasını (1809) qәlәmә almışdır. İstanbulla bağlı “İstanbul vә Boğaziçi” (2 cilddә, 1822), Krım, Qızıl Orda vә Elxanilәr tarixinә dair “Qıpçaqda Qızıl Orda tarixi” (1840), “Elxanilәr tarixi” (1854), “Krım xanları tarixi” (1856) әsәrlәrinin, “Hәyatımdan xatirәlәr” (1850) kitabının müәllifidir. Şәrq, xüsusilә dә türk tarix vә mәdәniyyәtinә olan bağlılığından “Joseph” adını “Yusif” olaraq dәyişdirmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU