HAMOŞAM – Azәrb. Resp. Astara r-nunda kәnd. Hamoşam ә.d.-nin (Hamoşam, Kamlakan, Klınbi, Reqloba, Rıvadila, Toradi k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 40 km şm.-q.-dә, Vәşәru çayının sahilindә, dağәtәyi әrazidәdir. Əh. 1200 (2019); әkinçilik, heyvandarlıq vә arıçılıqla mәşğuldur. Kәndin әrazisindә arxeoloji abidәlәrdәn orta әsrlәrә aid qәbiristanlıq, Kolakafo qalası vә yaşayış yeri (9–17 әsrlәr) var.










