HANEMAN, (Hahnemann) Samuel (10.4.1755, Saksoniya, Maysen – 2.7.1843, Paris) – alman hәkimi, homeopatiyanın banisi. Tibb tәhsilini Leypsiq (1777) vә Erlangen (1779) un-tlәrindә almışdır. Nәzәri tәdqiqatlara meyilli olan. H.-ın hәkim kimi fәaliyyәti uğurlu olmamışdır, bu da onun polipraqmaziyası, çoxsaylı “tibbi sistemlәri” vә panaseya axtarışları ilә olan müalicә tәbabәtinin müasir imkanlarına ümüdini kәsmişdir. O, homeopatiya haqqında işlәyib hazırladığı ümumi prinsiplәri özünün әsas “Hәkimlik sәnәtinin orqanonu” (1810), әsәrindә izah etmişdir. Bu prinsiplәr: “oxşar oxşarla müalicә olunur”, minimum dәrman dozalarından istifadә etmәk, ciddi fәrdi terapiya – müasir homeo patiyanın da әsasını tәşkil edir. Toksikologiya (“Arsenlә zәhәrlәnmә haqqında”, 1786), kimya, әczaçılıq (“Hәll olan civәnin hazırlanmasının dәqiq üsulu”, 1789; preparat onun adı ilә adlandırılmışdır) üzrә әsәrlәri vardır. 1835 ildә Parisә köçәn H. vә yorulmadan öz müalicә sistemini tәbliğ etmişdir.
Ə s ә r l ә r i: Die chronischen Krankheiten, ihre eigentümliche Natur und homöopathische Heilung. 2. Aufl. Dresden; Lpz., 1835–1839. Tl 1–5. Heidelberg. 1995; Органон врачебного искусства, или Основная теория гомеонатического лечения ... СПб., 1884.










