HANİVA (yaponca gil silindr) – Kofun dövrü kurqanları ilә bağlı, әsasәn, 4–6 әsrlәrә aid terrakota fiqurlar. Hünd. 60 sm-әdәk, diametri tәqr. 40 sm olan ilk H.-lar (ehtimal ki, tәqr. 3 әsrin sonu – 4 әsrin әvvәllәri), adәtәn dәlikli, bәzәn isә üzәrindә mәişәt әşyaları vә silah tәsvirlәri olan qalındivarlı silindrlәr idi (H. adı buradandır). Sonralar antropomorf vә zoomorf, bina, qayıq, silah, qab-qacaq vә s. şәklindә; 5 әsrin ortalarından rәnglәnmiş, din xadimlәrinә, döyüşçülәrә, artistlәrә, döyüş atlarına, tikililәrә vә s. aid aksessuarlar müfәssәl modellәşdirilmiş olurdu. H.-ların düzәldildiyi әsas mәrkәz Qumma prefekturası idi. H.-lar cәrgә ilә әvvәllәr torpaq qalağının; sonralar xәndәklәrin arxasında vә kurqanların әtrafındakı sәddlәrin üzәrinә qoyulurdu. H.-lar hәmail kimi, elәcә dә dini mәkanı nişanlamaq, dәfn olunanın statusunu göstәrmәk vә s. üçün istifadә edilirdi. H.-ların meydana gәlmәsi Çinin tәsiri ilә әlaqәlәndirilsә dә, Çindә H.-lar әsasәn yerin altına yerlәşdirilirdi. Kofun mәdәniyyәtinin tәnәzzülü ilә H.-lar istifadәdәn çıxmışdır.










