Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HANNİBÁL 
    HANNİBÁL Barka (lat. Hannibal Barca) (e.ә. 247, yaxud 246, Karfagen – e.ә. 183, Vifiniya, Libiss) – Karfagen sәrkәrdәsi vә dövlәt xadimi. Nüfuzlu Barkalar nәslindәndir, Hamilkar Barkanın oğlu, Hasdrubalın böyük qardaşıdır. Romanın qatı düşmәni ruhunda tәrbiyә almış, atasının Roma әleyhinә siyasәtinin davamçısı olmuş, gәnc yaşlarından onun yürüşlәrindә iştirak etmişdir. Yaxşı tәhsil almışdır. E.ә. 224 ildәn yeznәsi Hasdrubalın komandanlığı altında İspaniyada döyüşmüş, onun ölümündәn (e.ә. 221) sonra döyüşçülәr tәrәfindәn Karfagen ordusunun baş komandanı seçilmiş vә Karfagen xalq mәclisindә hәmin vәzifәyә tәsdiq olunmuşdur. E.ә. 221–218 illәrdә Mәrkәzi vә Şimali İspaniyanı işğal etmiş, әsgәrlәrinin sayını artırmış, Barkilәrin Karfagendә mövqelәrini möhkәmlәndirәrәk Hamilkarın Roma ilә müharibә üçün platsdarm ideyasını reallaşdırmışdır. E.ә. 219 ildә Romanın müttәfiqi Saqunt ş.-ni tutaraq dağıtmış vә bununla İkinci Pun müharibәsinin (e.ә. 218–201) başlamasına sәbәb olmuşdur. Roma-İtaliya ittifaqı daxilindәki ziddiyyәtlәrdәn bәhrәlәnmәyә çalışan H. e.ә. 218 ildә müxtәlif tayfalardan ibarәt muzdlu ordusu ilә İspaniyadan İtaliyaya yürüşә başlamış vә Alp d-rının qarlı aşırımlarından misilsiz keçid etmişdir. Şimali İtaliyada Tisin vә Trebbiya çayları yaxınlığındakı vuruşmalarda (e.ә. 218) romalıları mәğlubiyyәtә uğratmış, e.ә. 217 ilin yazında isә Etruriyaya soxularaq Trazimeno gölü yaxınlığında pusqu qurub 40 minlik Roma ordusuna qalib gәlmişdir. E.ә. 216 ildә Kann yaxınlığındakı vuruşmada düşmәnin 80 minlik ordusunu mühasirәyә alaraq mәhv etmişdir. Bundan sonra Roma ilә ittifaqda olan vә onun tabeliyindәki tayfaların çoxu, hәmçinin Cәnubi İtaliya vә Siciliyanın şәhәr-dövlәtlәri (o cümlәdәn Kapuya, Tarent vә Sirakuza kimi zәngin vә güclü şәhәrdövlәtlәr), elәcә dә Karfagenlә ittifaqda Romaya müharibә (e.ә. 215–205) elan etmiş Makedoniya H.-ın tәrәfinә keçdi. Lakin İtaliyanın müttәfiqlәrinin әksәriyyәti Romaya sadiq qaldı. Mәğlubiyyәtdәn sonra yenidәn qüvvәsini toplayan romalılar H.-a qarşı Fabi Maksimin strategiyasından istifadә edir, iri vuruşmalardan yayınır, rәqibin kiçik kәşfiyyat vә tәdarük dәstәlәrini mәhv etmәklә onun ordusunu zәiflәtmәyә çalışırdılar. Karfagen vә İspaniyadakı bazalarından uzaqda özgә әrazilәrdә vuruşan H.-ın ordusunun tәdricәn zәiflәmәsi romalılara üstünlüyü әlә almağa vә Siciliyada, İspaniyada, hәmçinin İtaliyada bir sıra qәlәbә qazanmağa imkan verdi. H.-a kömәyә gәlәn qardaşı Hasdrubalın ordusunun Metavr çayı yaxınlığındakı vuruşmada (e.ә. 207) mәğlubiyyәtindәn vә İspaniyadakı mülklәrin Karfagenin әlindәn çıxmasından (e.ә. 206) sonra H. Apennin y-a-nın cәnub qurtaracağındakı Bruttiyә geri çәkilmәyә vә müdafiәyә keçmәyә mәcbur oldu. E.ә. 204 ildә Böyük Publi Korneli Ssipionun (Afrikalı) komandanlığında olan Roma ordusu Afrikanın sahillәrinә çıxarılaraq rәqibin qoşunlarını darmadağın etdi. E.ә. 203 ildә vәtәninә geri çağırılan H. Zama yaxınlığındakı vuruşmada (e.ә. 202) Ssipion tәrәfindәn mәğlub edildi; Karfagen tәslim oldu. Müharibәdәn sonra H. vә onun başçılıq etdiyi Barkilәr qruplaşması xalq mәclisindә nüfuzlarını saxlamışdılar. Karfagenin ali magistri (suffet) olan H. e.ә. 196 ildә oliqarxların hakimiyyәtini mәhdudlaşdıran vә yeni vergilәr tәtbiq edilmәdәn Karfagenin Romaya tәzminat borcunu tam ödәmәyә imkan verәn islahatlar keçirmişdir. Oliqarxların çuğulu әsasında romalıların onun yeni müharibәyә hazırlaşmasından şübhәlәnmәsi H.-ı e.ә. 195 ildә Selevki çarı III Antioxun yanına qaçmağa mәcbur etmişdi. III Antioxla Roma arasındakı müharibә [“Birinci Suriya müharibәsi” (e.ә. 192– 188)] zamanı H.-ın Karfageni Selevkilәrlә ittifaqa cәlb etmәk vә Antioxu İtaliyaya yeni yürüşә tәhrik etmәk cәhdlәri uğursuzluqla nәticәlәnmişdir. III Antioxun mәğlubiyyәtindәn sonra H. gizlicә Vifiniya çarı Prusinin sarayına getmiş vә onun hәrbi müşaviri olmuşdur. Bundan xәbәr tutan romalılar Prusinin H.-ı tәslim etmәk qәrarına nail olmuş, H. isә intihar etmişdir.
    Antik tarixçilәrin әsәrlәrindә Hannibal obrazı. Qәdim Roma tarixindә H. Romanın әn güclü vә tәhlükәli düşmәni, “pun” hiylәgәrliyinin vә amansızlığının tәcәssümü kimi qeyd edilmişdir. Roma bioqrafı Korneli Nepot (tәqr. e.ә. 100 – tәqr. e.ә. 32) H.-ı әn uzaqgörәn sәrkәrdә vә әn hiylәgәr insan hesab edirdi. Tit Livi (e.ә. 59 – eramızın 17 ili) İkinci Pun müharibәsi haqqında hekayәnin әvvәlindә H.-ın “iblisanә” obrazını yaratmışdır. Tarixi siyasәtçilәr vә sәrkәrdәlәr üçün örnәk hesab edәn yunan tarixçisi Polibi (tәqr. e.ә. 200 – e.ә. 120) H.-ı insan zәkasının vә qabiliyyәtlәrinin әzәmәtinin nümunәsi kimi tәsvir edirdi. O, H.-ı Fiva sәrkәrdәsi Epaminondla müqayisә edirdi. H.-ın xarakterindәn danışarkәn bәsirәtli vә sәriştәli siyasәtçi Polibi bir başa mühakimәdәn çәkinәrәk dövlәt xadimlәrinin hәrәkәtlәrinin çox vaxt zәrurәtdәn irәli gәldiyini qeyd edirdi. Antik müәlliflәr 20 il әrzindә müxtәliftәrkibli muzdlu ordunu nәinki әlindә saxlamağı bacaran, hәtta onun vasitәsilә heç kimә nәsib olmayan nailiyyәtlәr әldә edәn H.-ın hәrbi lider vә tәşkilatçı qabiliyyәtlәrini (mәs., oktyabrın sonu – noyabrın әvvәllәrindә artıq qarla örtülmüş Alp d-rından ordunu keçirmәyini) vurğulayırdılar.
    Hәrb sәnәti. H. dünya tarixindә әn görkәmli sәrkәrdәlәrdәn biridir. Onun hәrbi әmәliyyatları hәlә dә hәrbi akademiyalarda öyrәnilir, düşmәn ordusunun mühasirәsi vә tam mәhvi ilә bitәn hәr bir vuruşma isә “Kann” adlandırılır. Napoleon öz yazışmalarında bütün sәrkәrdәlәrә H.-dan nümunә götürmәyi tövsiyә edirdi. H.-ın strateji istedadı onun hәm hәrbi, hәm dә siyasi aspektlәri nәzәrә almaqla hücum müharibәsi planını reallaşdırmasında, yaxşı tәşkil olunmuş kәşfiyyat vә tәchizatda, qoşunların hәr tәrәfli hazırlığında vә uzunmüddәtli yürüşlәrin tәmin edilmәsindә, strateji üstünlüyü әlә keçirmәk vә uzun müddәt әldә saxlamaq bacarığında tәzahür edirdi. H.-ın taktiki mәharәti döyüşә mükәmmәl hazırlığında, cәsarәtli manevrlәrindә, düşmәni tam mәhv etmәk sәylәrindә, gözlәnilmәz vә yeni hәrәkәt üsullarını tәtbiq etmәk bacarığında, yerli şәraiti nәzәrә almasında әksini tapırdı. Antik hәrbi dәrsliklәrdә (strategikonlarda) H. hәrbi hiylәlәrin (müxtәlif pusququrma, fәnd işlәtmә vә yalançı manevrlәr) misilsiz ustası kimi sәciyyәlәndirilir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU