Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HANNÓVER 
    HANNÓVER – AFR-in şm.-ında şәhәr. Aşağı Saksoniya federal әrazisinin inz. m. (1946 ildәn) vә әn iri şәhәri. Əh. 535,4 min (2019; aqlomerasiyada 1,13 mln.). Şimali Almaniya ovalığının c.-unda, Orta Almaniya dağlıq qurşağından şm.-da yerlәşir. Ölkәnin әsas nәql. qovşaqlarından biridir. H.-dәn Moskva – Varşava – Berlin – Köln – Paris transavropa d.y. magistralı, Hamburq, Bremen, Frankfurt-Mayn şәhәrlәrinә, hәmçinin Rur sәnaye r-nunun şәhәrlәrinә avtomobil vә d.y. xәtlәri keçir. H. – Vürsburq sürәt (279 km/saat-dan çox) qatarı fәaliyyәt göstәrir. Orta Almaniya kanalının Layne çayı ilә kәsişdiyi yerdә port.
    Hannover şәhәrindәn görünüş.
    Beynәlxalq aeroport (6,3 mln. sәrnişin, 2019). Metropoliten. Tәqr. 1100 ildә ticarәt mәskәni kimi meydana gәlmişdir. Əvvәl “Hanovere” adlanırdı. Mәnbәlәrdә 1202 ildәn şәhәr kimi qeyd edilir. 1241 ildә H.-in hüquqları Braunşvayq-Lüneburq hersoqları tәrәfindәn tәsdiqlәnmiş vә genişlәndirilmişdi. 13 әsrdәn şәhәrin sürәtli iqtisadi inkişafı başlanmışdı. 1368 ildә Hanza ittifaqına daxil olmuş, 1371 ildә ticari vә inzibati imtiyazlar almışdı. 1495–1584 illәrdә Kalenberq hersoqluğunun tәrkibindә idi. 1532–33 illәrdә H.-dә Reformasiya keçirilmişdi. Şәhәr Şmalkalden müharibәlәri vә Otuzillik müharibәnin (1618–48) gedişindә ciddi dağıntılara mәruz qalmışdı. 1636 ildәn Braun ş vayq-Lüneburq hersoqluğunun (1692 ildәn kurfürstlüyün) paytaxtı idi. 1810–13 illәrdә Vestfaliya krallığının tәrkibinә qatılmış, 1815 ildәn Hannover krallığının, 1866 ildәn Prussiyanın Hannover әyalәtinin inz. m. olmuşdur. Qeyri-müntәzәm salınmış küçәlәr şәbәkәsinә malik köhnә şәhәrin (H.-in tarixi hissәsi 12–17 әsrin әvvәllәrindә formalaşmışdır) simasını qotik üslübda olan tikililәr müәyyәnlәşdirir: Müq. Nikolay kiçik kilsәsinin xarabalıqları (1284), Müqәddәslәr Georgi vә Yakov kilsәsi (14 әsrin ortaları), Müq. Egidi kilsәsinin qalıqları (14 әsr; bünövrәsi tәqr. 1000; qüllә 1703–11), Müq. Xaç bazilikası (14–15 әsrlәr, qüllә 1630), Köhnә әdliyyә dәftәrxanası (15 әsr), Köhnә ratuşa (tәqr. 1438 vә 1454–55)]. Yeni şәhәr 17 әsrin ortalarından qurulmağa başlamış, 1824 ildә Köhnә şәhәrlә birlәşmişdir; 17 әsrin müntәzәm tikililәrindәn vә 18 әsr dairәvi küçәlәrindәn ibarәtdir. Barokko üslubunda nadir parkla (1674–1705; teatr 1689; oranjereyaları 1692 ilә qәdәr) birlikdә Herrenhauzen sarayı (1666–99, 1704 vә 1820–21 illәrdә yenidәn tikilmişdir; hazırda muzeydir). Keçmiş kral iqamәtgahı olan Layne qәsri (1816–44, memar G.L.Laves), Vaterloo sütunu (1832), neorenessans üslubunda Yeni ratuşa (1900–13, divar naxışları F.Hodlerindir), Hannover konqres mәrkәzi (1914) vә s. 19–20 әsrlәrin abidәlәridir. İkinci dünya müharibәsindәn sonra şәhәrdә yenidәnqurma işlәri aparılmışdır. Aylenride iri meşә massivi (şәhәr sakinlәrinin әsas istirahәt yeri), süni göl (bataqlaşmış çәmәnlәrin su basması nәticәsindә yaranmışdır), “Böyük bağ” (әsası 1666 ildә qoyulmuşdur) H. şәhәri hüdudlarındadır. Un-t (1831), baytarlıq (1778), tibb (1965), politexnik (1971) in-tları vә M.Plank Cәmiyyәtinin Endokrinologiya İn-tu; şәhәr kitabxanası (1440); Aşağı Saksoniya federal әrazisi (1852), Kestner (1889, bina 1961; Qәdim Misir, anik incәsәnәt, Avropa boyakarlığı kolleksiyası), Şprengel (1979; 20 әsr incәsәnәti), tarix (1903), teatr, alman karikaturası vә tәnqidi qrafikası, V.Buş muzeylәri; Aşağı Saksoniya federal әrazisi dövlәt teatrı (1667; indiki binasında 1992 ildәn), Dövlәt operası (1689; bina 1845–52, memar G.L.Laves), “Landesbüne” (1952; indiki binasında 1987 ildәn), Yeni teatr, “Zayler” kukla teatrı, Beynәlxalq rәqs teatrı vә s. var. Y.İoaxim ad. violinçalanların beynәlxalq müsabiqәsi (3 ildәn 1) keçirilir. Zoopark. H.-dә futbol üzrә dünya (1974, 2006) vә Avropa (1988) çempionatları, hokkey üzrә dünya çempionatı (2001) keçirilmişdir. Ölkә çempionu (1938, 1954) vә ölkә Kubokunun sahibi (1992) “Hannover 96” futbol klubu ümumәn 30 ildir ki 1-ci Bundes liqada çıxış edir. Oyunlarını “HDIArena” da (1954 ildә “Niedersachsen” adı ilә açılmışdır; 2005 ildә yenidәn qurulduqdan sonra 49 200 tamaşaçı tutur) keçirir. “Hannover Scorpions” hokkey komandası 2010 ildә Almaniya çempionu olmuşdur (2013 ildә digәr şәhәrә köçmüşdür). “TUI Arena” (2000; 14 minәdәk tamaşaçı yeri) әn böyük örtülü arenadır. H. Almaniyada reqbi mәrkәzlәrindәn biridir: bu idman növü üzrә ölkәdә ilk klub burada 1878 ildә tәsis edilmişdir, yerli komandalar isә 1909 ildәn 2019 ilәdәk ümumilikdә 29 dәfә ölkә çempionu olmuşlar (son dövrün әn uğurlu klubu “DRK Hannover” dir, 1988–2005 illәrdә 7 dәfә çempion olmuşdur).
     
    Yeni şәhәr bәlәdiyyәsi. Hannover.
    “Hannoverin qılıncoynatma klubu” 1862 ildә yaradılmışdır. Şәhәrdә çox sayda su idmanı növlәri üzrә yarışlar, Hannover marafonu, “Han nover gecәsi” velosiped yarışı keçirilir. H. Almaniyanın çoxsahәli aparıcı sәnaye mәrkәzlәrindәn biridir; xidmәt sahәlәri kompleksi (işlәyәnlәrin tәqr. 70%-i; әsasәn, işgüzar xidmәtlәr, ticarәt, bank-maliyyә işi, sığorta, nәqliyyat vә logistika). Almaniyanın vә Avropanın hәr il (1947 ildәn) beynәlxalq yarmarkaların vә sәnaye sәrgilәrinin keçirildiyi әn iri mәrkәzlәrindәn biridir. H. çap-nәşriyyat sahәsinin iri mәrkәzi, Aşağı Saksoniyanın aparıcı elektron vә çap KİV-lәrinin lokallaşma yeridir. Aparıcı sәnaye sahәsi maşınqayırmadır. Şәhәrin әn iri müәssisәsi Volsvagen konserninin zavodudur, mikroavtobuslar, pikaplar, yük maşınları, hәmçinin avtomobil mühәrriklәri, Volfsburqdakı (H.-dәn 70 km ş.-dә) әsas quraşdırma z-du üçün qovşaq vә aqreqatlar istehsal edir. “Komatsu” Yaponiya firmasının kombinatı nәql. maşın-qayırması sahәsindә (ekskovatorlar, yüklәyicilәr) iri istehsalçıdır. Elektrotexnika vә radioelektron sәnayesi (radio-televiziya aparatlarının, kompüter texnikasının, kabellәrin istehsalı; H.-dә Almaniyanın әn iri akkumulyator istehsalı zdu yerlәşir) inkişaf etmişdir. AFR-in rezinitexnika sәnayesinin (“Continental” firmasının z-dları Almaniyada әsas şin istehsalıçılarından biridir) әsas mәrkәzi H.- dir. Kimya sәnayesi әnәnәvi olaraq lakboya istehsalı üzrә ixtisaslaşmışdır. Almaniyanın әn iri maqnezium istehsalı üzrә “Nors-Hydro-Salzdefurt” firmasının zdu H.-dә yerlәşir. Yeyinti (meyvә vә әt konservlәri, şәkәr, unüyütmә vә s.), toxuculuq, mebel, kağız, poliqrafiya sahәlәri müәssisәlәri fәaliyyәt göstәrir. Şәhәrәtrafında sement istehsal edәn bir neçә zavod yerlәşir, kalium duzu hasil olunur.
    Əd.: D e s k e r t H., R o g g e n k a m p H. Das alte Hannover. B.; Münch., 1952; Hannover: Porträt einer Landeshauptstadt/ Hrsg. Von B. H ä u s s e r m a n n. Hannover, 1988.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU