HANNOVER ATI – 18 әsrdә Hannoverdә (Almaniya) yerli ağırlaşdırılmış atlarla qoşqu vә minik atlarının çarpazlaşmasından alınan cins. H.a.-nın müxtәlif formaları var: minik atından iri qoşqu atınadәk. Böyük hissәsi hündür boyu, iriliyi vә sümüklülüyü, sakit temperamenti vә yaxşı hәrәkәtlәri ilә fәrqlәnir. H.a.-nın minik formaları atçılıq idmanında yüksәk qiymәtlәndirilir. Cidov hünd. 158–169 sm, döş qucumu 183–200 sm, әl darağı qucumu 20–23 sm-dir. Kütlәsi 550–690 kq-dır. Əsasәn, kәhәr, çox az kürәn vә boz rәngdә olur.

Hannover atı.










