HANÓY (Hà Nôi) – Vyetnamın paytaxtı, mәrkәz tabeli şәhәr. Əh. tәqr. 2,6 mln. (2013; aqlomerasiyada 7,7 mln.; 2015). Şimali Vyetnamın mәrkәzindә, Honqha çayının hәr iki sahilindә yerlәşir. Ölkәnin şm.-ında әn iri avtomobil vә d.y.- rı qovşağıdır. Çay portu. Beynәlxalq aeroport (Noybay). İndiki şәhәrin әrazisi әn qәdim vaxtlardan mәskunlaşmışdır. Daimi yaşayış mәskәnlәrindәn biri Koloa e.ә. 2 әsrdә Aulak dövlәtinin paytaxtı olmuşdur. E.ә. 181 ildә Aulak Namvyet çarlığı tәrәfindәn işğal edilmişdir. Şәhәrin digәr qәdim adları Tonqbin (5–6 әsrlәr), Lonqbyen (6 әsr – 7 әsrin әvvәllәri, müstәqil Vansuan imperiyasının paytaxtı), Lonqdo (7–9 әsrlәr, Çinin Tan sülalәsinin hakimiyyәtindә) olmuşdur. İmperator Li Thay To 1010 ildә Thanqlonq ş.-nin (1397 ilәdәk müstәqil Dayvyet dövlәtinin paytaxtı) әsasını qoymuşdur (H.-un salınmasının rәsmi tarixi).

Hanoy şәhәrindәn görünüş.
1397–1408 illәrdә Donqdo, 1408–28 illәrdә Donqkuan (Çinin Min sülalәsinin paytaxtı), 1428 ildә Donqkin adlandırılmışdır. 17 әsrdә H. Asiyanın әn iri ticarәt mәrkәzlәrindәn idi. 1788–1802 illәrdә Vyetnamın Teyşon kral sülalәsinin paytaxtı olmuşdur. 1802 ildә Thanqlonq, 1831 ildә H. adlandırılmışdır. 1882 ildә fransız müstәmlәkәçilәri tәrәfindәn işğal edilmiş, Fransanın Tonkin müstәmlәkәsinin mәrkәzi (1884–1902), Fransa Hindçininin (1902–53) paytaxtı olmuşdur. 1940–45 illәrdә yapon qoşunlarının işğalı altında idi. 1954–76 ilәrdә Şimali Vyetnamın (Vyetnam Demokratik Respublikasının) paytaxtı olmuşdur. “Vyetnam müharibәsi” zamanı bombardmanlardan güclü dağıntılara mәruz qalmışdır. 1976 ildәn birlәşmiş Vyetnam Sosialist Respublikasının paytaxtıdır. 2010 ildә H.-un 1000 illiyi tәntәnә ilә qeyd edilmişdir. Şәhәrin köhnә mәhәllәsi, әsasәn, müstәmlәkә dövrünün azmәrtәbәli sıx tikililәrindәn ibarәtdir; Thanq-Lonq içqalasının qalıqları (11–18 әsrlәr), Bayraq qüllәsi (1812), Cәnub qapısı (Doanmon) vә 19–20 әsrin әvvәllәrinә aid digәr istehkam tikililәri, Tüa-Mot-Kot (“Bir sütun üzәrindә mәbәd”, “Lotos mәbәdi”; 1049, 1955 ildә bәrpa edilmişdir), konfusiçi Ədәbiyyat mәbәdi (Van-Myeu; әsası ehtimal ki, 1070 ildә qoyulmuşdur) dә burada yerlәşir. Müstәmlәkә dövründә çox sayda ictimai bina inşa edilmişdir: neoqotika üslubunda Sen-Jozef katolik kilsәsi (19 әsrin sonları), gen.-qubernatorun sarayı (hazırda prezident iqamәtgahı), opera teatrının binası (hәr ikisi 20 әsrin әvvәli, eklektizm üslubunda) vә s. 20 әsrin 2-ci yarısının tikililәri arasında Xo Şi Minin mavzoleyi kompleksi (1975); 21 әsrin әvvәllәrinә aid tikililәr arasında Milli konqres mәrkәzi (2004–06), Hanoy muzeyinin (2010), Daxili İşlәr Nazirliyinin (2007–11) vә Milli assambleyanın (2009–14, hamısı “gmp” memarlıq bürosu) binaları. Ölkәnin әn mühüm elm vә tәhsil mәrkәzidir. Vyetnam elmlәr vә texnologiyalar akademiyası (1975; indiki adı 2008 ildәn); strukturuna informasiya texnologiyaları (1976; indiki adı 1993 ildәn), biotexnologiya (1993), riyaziyyat vә s. elmi tәdqiqat in-tları daxildir. Fransanın Uzaq Şәrqin tәdqiqi mәktәbi (1995). Əsas ali tәhsil müәssisәlәri arasında dövlәt un-tlәri: Vyetnam milli (1993; nәzdindә bir neçә un-t vә ali mәktәb, o cümlәdәn Hanoy un-ti, 1918), Hanoy milli (1904), tibb (1902), Vyetnam tәsviri sәnәt (1925), Xarici dillәr vә beynәlxalq tәdqiqatlar (1955), elm vә texnologiya, k.t. (hәr ikisi 1956); Vyetnam milli akademiyaları: musiqi (1956), xalq polisi (1968), müdafiә; Ali ictimai sәhiyyә mәktәbi (1976) vә s.

Hanoy Opera Teatrı.
Vyetnam milli kitabxanası (1917), Vyetnam milli arxivlәri. Vyetnam tarixi milli muzeyi (1958); Vyetnam muzeylәri: İnqilab (1959), Zәrif sәnәtlәr milli muzeyi (1966), Etnologiya (1986, 1997 ildә açılmışdır); digәr muzeylәr: Vyetnamın hәrbi tarixi (1959), Ho Şi Min (1990), Hanoy (2010), hәmçinin Müasir incәsәnәt mәrkәzi (2001); opera (1911), Vyetnam milli tuonq (1959) vә “Thanqlonq” kukla (1969) teatrları; Vyetnam milli simfonik orkestri (1959) fәaliyyәt göstәrir. “T&T” futbol klubu (2006) Vyetnamın ali liqasında çıxış edir, oyunlarını “Hanqday” (1998; 22,5 min yer) stadionunda keçirir. Digәr idman qurğularından “Midin” milli stadionu (2003; 40,2 min yer; burada 2003 ildә 22-ci Cәnub-Şәrqi Asiya Oyunları keçirilmişdir), su idmanı növlәri kompleksi (2003), “Kuannqua” idman sarayı var. 2009 ildә H.-da qapalı mәkanlarda üçüncü Asiya Oyunları keçirilmişdir. Vyetnamın әhәmiyyәtinә görә ikinci iqtisadi mәrkәzidir (Hoşimindәn sonra). Ölkә üzrә ÜDM-in 12,6%-i, ixrac dәyәrinin 7,5%-i vә birbaşa xarici investisiyaların 22,0%-i onun payına düşür. Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası tәşkil edir; onun başlıca sahәlәri – inzibati, maliyyә, nәql.-loqistika xidmәtlәri, ticarәt, mәdәniyyәt, tәhsil, sәhiyyә, turizm biznesi vә hәrbi obyektlәrә xidmәtdir. Hanoy Fond Birjası (HNX; 2005; 2009 ildәn indiki adı), Vyetnam Dövlәt Bankının (Mәrkәzi Bank; 1951), demәk olar ki, bütün dövlәt ixtisaslaşdırılmış vә bir çox kommersiya bankının, aparıcı dövlәt vә özәl sәnaye, nәql., telekommunikasiya vә digәr şirkәtlәrin baş ofislәri burada yerlәşir. 2015 ildә H.-a 19,8 mln. (onun 3,4 mln.-u әcnәbidir) turist gәlmişdir. Hәr ilin oktyabr ayında әnәnәvi sәnәt növlәri festivalı keçirilir. H. әtrafında bir neçә hәrbi baza yerlәşir.

Xoankyem ğölündә (Hanoy) Tısbağa qüllәsi.
2000-ci illәrin әvvәllәrindәn sәnaye istehsalı ildә 20% artır. Mühüm sәnaye sahәlәri: maşınqayırma, kimya, tikinti materialları, yüngül vә tamlı mәhsullar. Sәnaye müәssisәlәrinin әsas hissәsi 14 sәnaye parkında (әsasәn, şәhәrәtrafında yerlә şir) fәaliyyәt göstәrir. Nәql. maşın qayırması müәssisәlәri arasında Koreyanın “Daewoo Bus Corporation” (avtobus istehsalı), Yaponiyanın “Toyota Motor Corporation” (minik avtomobillәri), “Nissan Motor Co.” (minik av tomobillәri, krossoverlәr, pikap vә mikroavtobuslar), “Honda Motor Co.” (motosiklet vә motorollerlәr), “DENSO Corporation”, “Keihin Corporation” vә “Musashi Auto Parts Vietnam Co.”, Amerikanın “NCI Manufacturing” (hamısı avtokomplektlәşdiricilәrdir). Elektrotexnika vә elektron sәnayesi Yaponiyanın “Sumitomo Group”, “Denyo Co.”, “Rhythm Kyoshin Co.”, “Panasonic Corporation”, “Canon”, “Hoya Corporation”, “Kyocera Corporation” vә digәr şirkәtlәrin z-dlarında müxtәlif növ elektrotexnika avadanlıqları vә elektron texnikası istehsalı ilә tәmsil olunur. Hәmçinin buxar-qaz qurğuları, gәmi dizel mühәrriklәri, tәyyarә komponentlәri (Yaponiyanın “Mitsubishi Heavy İndustries” şirkәtinin z-dlarında), boru kәmәri armaturları, qızdırıcı vә mәtbәx avadanlıqları, fosfor gübrәlәri, sintetik boyaq maddәlәri, plastik kütlә mәmulatları, çap mәhsulları, pambıq vә ipәk parçalar, geyim, ayaqqabı vә müxtәlif qida mәhsulları istehsal edilir. H.-dan şm.-q.-dә, Da (Qara) çayı üzәrindә “Hoa Binh” SES-i (1994; 1920 MVt) var.










