HÁNTİNQTON, (Huntington) Corc (9.4.1850, indiki Nyu-York ştatında İst–Hampton – 3.3.1916, Nyu–York) – Amerika hәkimi. Hәkim ailәsindә doğulmuşdur. Tibb tәhsilini Kolumbiya Un-tinin Tibbi-cәrrahiyyә kollecindә almışdır (1871). Atasının yanında, sonra isә Palmirdә (Oqayo ştatı) tibbi praktika ilә mәşğul olmuşdur. Onun fәaliyyәtinin böyük bir hissәsi Datçes dairәsindә (Nyu-York ştatı) ailә hәkimi kimi keçmişdir. H. 1872 ildә Midlport ş.-ndә (Oqayo ştatı) tibb akad.-da ailә xoreyası haqqında mәruzә etmiş vә o, hәmin il Filadelfiyada tibb jurnalında nәşr edilmişdir. Tәsvir olunan xәstәlik tibb tarixinә Hantinqton xәstәliyi, yaxud Hantinqton xoreyası kimi daxil olmuşdur. O, 1874 ildә Datçes dairәsindә tibbi praktikasını davam etdirir vә 1888 ildә yerli Tibb Cәmiyyәtinin prezidenti seçilir. Hәmçinin bir sıra digәr tibb cәmiyyәtlәrinin dә üzvü olmuşdur.
Ə s ә r i: On chorea // Medical and Surgical Reporter. 1872. Vol. 26. № 15.










