Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁNTİNQTON 
    HÁNTİNQTON (Huntington) Semüel Fillips (18.4.1927, Nyu-York – 24.12.2008, Massaçusets ştatı, Martas-Vinyard) – ABŞ sosioloqu vә politoloqu, Amerika İncәsәnәt vә Elm Akademiyasının üzvü (1965). Yel (1946), Çikaqo (1948) un-tlәrini bitirmiş, Harvard Un-tindә siyasi e.d. dәrәcәsini (1951) almışdır. 1950–59 illәrdә Harvard Un-tindә dәrs demiş, 1959–62 illәrdә Kolumbiya Un-tinin prof.-u olmuşdur. 1963 ildә Harvarda qayıtmış, Harvard Un-tinin Beynәlxalq münasibәtlәr mәrkәzinin direktoru olmuşdur (1978–89). “Foreign Policy” jurnalının tәsisçisi vә redaktoru, Amerika Siyasi Elmlәr Assosiasiyasının prezidenti (1986–87); C.M. Olin adına Strateji Tәdqiqatlar İn-tunun tәsisçisi vә direktoru (1989–99), Harvard Beynәlxalq vә Regional Tәdqiqatlar Akademiyasının sәdri (1996–2004) vәzifәlәrini tutmuşdur. 1977–78 illәrdә C.Karter administrasiyasında tәhlükәsizliyin planlaşdırılması üzrә koordinator idi. H. modernlәşmә nәzәriyyәsindә müstәmlәkәçilikdәn azad olmuş ölkәlәrdә demokratik cәmiyyәtlәrin qurulmasına aparan iqtisadi vә sosial tәrәqqiyә baxış tәrzinә tәnqidi yanaşdığı “Dәyişәn cәmiyyәtlәrdә siyasi düzәn” (1968) әsәrini nәşr etdirdikdәn sonra dünya şöhrәti qazandı. Onun 1993 ildә irәli sürdüyü ideyaya әsasәn “yeni” dünyada (“soyuq müharibә”dәn sonrakı dövr) münaqişәlәrin mәnbәyi ideoloji, yaxud iqtisadi ziddiyyәtlәr deyil, mәdәni vә dini әlamәtlәrә görә sivilizasiyalararası fәrqlәr olacaq. Bu ideyanı “sivilizasiyaların toqquşması” konsepsiyası kimi işlәyib hazırlaması H.-u 20 әsrin 2-ci yarısında siyasәt elminin әn görkәmli nümayәndәlәrindәn biri etdi. Sivilizasiyaları “fövqәladә davamiyyәtli reallıqlar” adlandıran H. Yer әhalisini Qәrb mәdәniyyәtinә (sivilizasiyasına), Latın Amerikası, yapon, Çin, hinduist, islam, Afrika, pravoslav sivilizasiyalarına ayırırdı. Dünyanın sivilizasiyalı düzәn modelindә H. “özәk ölkә” anlayışını tәtbiq edir, özәk ölkә yalnız digәr ölkәlәr onu mәdәni-mәnәvi cәhәtdәn özlәrinә qohum saydıqlarına görә düzәnin saxlanması funksiyasını icra edә bilәr. H. sivilizasiyanı böyük ailә adlandırır, özәk dövlәtlәr bu ailәnin böyük üzvlәridir vә ailәdәki nizamı tәmin edirlәr. H. güman edirdi ki, müsәlman dünyasındakı demoqrafik artım vә Asiya ölkәlәrindәki iqtisadi yüksәliş şәraitindә Qәrb ilә iddiaçı-sivilizasiyalar (müsәlman vә Asiya) arasında münaqişәlәr müasir dünyada baş verәn digәr yönlü nifaqlara nisbәtәn qlobal siyasәtdә daha mühüm önәm kәsb edәcәk. Miqrasiya problemi H.-un әsәrlәrindә әhәmiyyәtli yer tuturdu. O, 20 әsrin son onilliklәrindә demoqrafik balansda baş vermiş dәyişikliklәri bәşәriyyәtin inkişafı tarixindә mühüm amil kimi qeyd edirdi: bir qrupun sayca artımı digәr qruplar üzәrindә siyasi, iqtisadi vә sosial tәzyiq doğurur vә cavab reaksiyaya sәbәb olur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU