HÁNTİNQTON-BİÇ (Huntington Beach) – ABŞ-ın q.-indә, Kaliforniya ştatında şәhәr. Qarden-Qrovun şәhәrәtrafı. Əh. 200,6 min (2018). Raket-kosmik, metal emalı, yeyinti sәnayesi var. Sakit okean sahilindә iqlim kurortudur. Turizm inkişaf etmişdir. Şәhәr dәmiryol maqnatı vә Hantinqton-Biç şirkәtinin sahibi H. Hantinqtonun şәrәfinә adlandırılmışdır.

Sakit okean sahilindә Hantinqton-Biç çimәrliklәri.










