HÁPİ – Misir mifologiyasında yağıntı vә mәhsul yollayan Nil allahı. H.-yә bütün Misirdә pәrәstiş edilsә dә, ona sitayiş mәrkәzi “Nilin bulaqları”nın yeraltı sәltәnәtdәn çıxdığı yer sayılan Cәbәl әs-Silsilә dәrәsi vә Elefantin a.-nın cәnub qurtaracağı idi. Başında papirusdan tiara (tac), әllәrindә su ilә dolu qablar olan kök adam şәklindә tәsvir edilirdi. Bәzәn H. Amonla (Amon-Hapi) eynilәşdirilirdi. Kuş çarlığında da (qәdim Nubiya) ona sitayiş var idi.










