HAPLOFAZA (yun. άπλόος – tәk-tәk, sadә vә φαδη – tәzahür) – fәrdin hәyat tsiklinin bir hissәsi; fәrdin hüceyrә nüvәsindә haploid (tәk) xromosom dәstinin olması ilә sәciyyәlәnir. H. müxtәlif orqanizmlәrdә hәyat tsiklinin müxtәlif mәrhәlәlәrindә olur. Heyvanların әksәriyyәtindә H. güclü reduksiyaya uğramışdır vә praktiki olaraq cinsiyyәt hüceyrәlәrinә birlәşmişdir; bir çox yaşıl yosunlarda ziqota istisna edilmәklә bütün tsikl H.-da keçir. Çiçәkli bitkilәrdә H. yalnız tozcuq borusu (erkәk H.) vә rüşeym kisәciyi (dişi H.) ilә bitişmiş tozcuq dәnәciklәrindәn ibarәtdir. Bax Nәsil növbәlәşmәsi.










