HARÁDA YOSİTO (5.4.1885, Tokio – 23.12.1974, Tokio) – yapon arxeoloqu, Yaponiya EA-nın üzvü (1943). Tokio Untini (1908; Monqolustan tarixi üzrә ixtisaslaşma), Kioto Un-tinin aspiranturasını (Çin etnoqrafiyası) bitirmişdir. 1914 ildәn Tokio Un-tindә dәrs demişdir (1938 ildәn prof.); 1946 ildәn Seysin Dzösi Dayqaku katolik qadın un-tinin prof.-u olmuşdur. 1918 ildәn Koreyada (Silla dövrünә aid çar sәrdabaları, Lolan әtrafındakı abidәlәr), Çindә (әsasәn, Çjou vә Xan dövrlәri; Bohay dövlәtinin paytaxtı Bohay Şanszin) qazıntılar apararaq onların nәticәlәrini yazılı mәnbәlәrlә müqayisә etmişdir. Yaponiya muzeylәrindәn bir sıra Çin kolleksiyalarını, Şәrqi Asiyanın arxeologiyası vә tarixinә dair xülasәlәri dәrc etdirmişdir. Şәrqi Asiyanın Tәdqiqi Cәmiyyәtinin (1925) tәsisçilәrindәn biri, Yaponiya Arxeologiya Cәmiyyәtinin prezidenti (1947 ildәn) olmuşdur.










