HARAKİRİ, s e p p u k u – yapon samuraylarının şәrәf vә busido normalarına sadiqliyini sübuta yetirmәk üçün qılıncla öz qarnını yırtmaqla icra etdiklәri ayini intihar. H. ritualı 12 әsrdәn mәlum olmuş, 17 әsrdәn müfәssәl şәkildә işlәnib hazırlanmışdır. H. könüllü vә ya mәcburi olurdu. Könüllü H. әsirlik rüsvayçılığından xilas olmaq, ağasının ölümündәn sonra onun ardınca gedәrәk sәdaqәtini sübut etmәk, etirazını bildirmәk, yaxud günahlardan tәmizlәnmәk mәqsәdilә icra edilirdi. Mәcburi H. samuraylar üçün şәrәfli edam üsulu idi. Meydzi isindәn (1867–68) sonra 1873 ildә H. rәsmi tәcrübәdәn çıxsa da, könüllü olaraq davam edir (mәs., 20 әsrdә yazıçı Yukio Misima).










