HÁRALD I, G ö z ә l s a ç l ı H a r a l d (Harald Haarfager) (9 әsrin ortaları – 10 әsrin birinci rübü) – Norveçin әfsanәvi konunqu, Horfagerlәr sülalәsinin banisi. Tronheym (Şimal-Qәrbi Norveç) yarları ilә ittifaqa girәn I H. bir çox yerli hakimi mәğlub edәrәk ilk dәfә Qәrbi Norveçin böyük hissәsini öz hakimiyyәti altında birlәşdirmiş, Norveç dövlәtinin әsasını qoymuşdur (Havrsfyord vuruşması). Onun hakimiyyәti dövründә İslandiyanın mәskunlaşması başlamışdır (870-ci illәr). Farer vә Orkney adalarını Norveçә tabe etmişdir. Norveçin İngiltәrә ilә ilk diplomatik әlaqәlәrini qurmuşdur.










