HÁRALD V (d. 21.2.1937, Skauqum) – Şlezviq-Holşteyn-Zonderburq-Qlüksburqlar sülalәsindәn Norveç kralı (1991 ildәn). Kral V Ulafın oğludur. İkinci dünya müharibәsi gedişindә Norveçin Almaniya tәrәfindәn işğalı zamanı ailәsi ilә birlikdә B.Britaniya, ABŞ vә Kanadada yaşamışdır (1940–45). 1959 ildә Hәrbi akademiyanı leytenant rütbәsi ilә bitirmiş, 1960–62 illәr dә Oksfordda tarix vә iqtisadiyyat üzrә tәhsil almışdır. Yelkәnli qayıq idmanı üzrә dünya çempionatlarının dәfәlәrlә mükafatçısıdır.











