HARAM (әr.
– qadağan edilmiş) – müsәlman hüququnda günah vә qadağan elan edilmiş, halal kateqoriyasının әksi olan şeylәr vә hәrәkәtlәr. H. haqqında mәsәlәlәr fiqhin әhkam bölmәsindә şәrh olunur. Onların qiymәtlәndirilmәsi mәzhәbd әn (dini-hüquqi mәktәb), elәcә dә yerli şәrait vә fәqihlәrdәn asılı olaraq dәyişir. Üç daxili kateqoriyaya aid olan hәrәkәtlәr fәrqlәndirilir: qәti qadağan olunmuş (batil), yanlış (fasid) vә formaca düzgün (sәhih), mahiyyәtcә isә әxlaqa zidd, cinayәtkarlıq, yaxud dәlәduzluq hәrәkәtlәri. Mübahisәli hallarda hәrәkәtin H. kateqoriyasına aid olmasını müәyyәnlәşdirmәk qazıların sәlahiyyәtinә daxildir. Qida qadağaları mәzhәbdәn asılı olaraq qismәn dәyişir. Alkoqollu içkilәr, qan, donuz әti, müsәlman qaydası üzrә kәsilmәmiş heyvanın әti, yırtıcıların parçaladığı heyvanın әti qeydşәrtsiz H.-dır.










