HARAMLI – İrәvan xanlığının Karbibasar mahalında (9.9.1930 ildәn Vağarşabad, 12.3.1945 ildәn Eçmiәdzin r-nu), Abaran çayının qolu üstündә azәrb.-ların yaşadığı kәnd. 1919 ildә kәnd ermәni tәcavüzünә mәruz qalaraq dağıdılmış, әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra kәndin qaçqın әhalisi geri qayıdaraq doğma kәnddә yenidәn mәskunlaşsalar da, 1923–24 illәrdә onlar yenidәn deportasiya olunmuş vә 1926 ildә kәnd lәğv edilmişdir. O vaxtdan xaraba kәnddir.










