Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HARÁPPA 
    HARÁPPA – indiki Sahival ş.-ndәn (Pakistan; Qәrbi Pәncab) 35 km q.-dә Harappa mәdәniyyәtinә aid şәhәr. 1826 ildәn mәlumdur. Qazıntılar 1872 ildәn, müntәzәm olaraq isә 1920 ildәn (R.Sahni, M.S.Vats vә b.) aparılır. H.-nın sah. 150 ha-dan çoxdur. 5 dövrü müәyyәnlәşdirilmişdir. H. 1 (tәqr. e.ә. 3300–2800) m ә s k ә n d ö v r ü çiy kәrpicdәn olan tikililәrlә tәmsil olunur. H. 2 (tәqr. e.ә. 2800–2600) k e ç i d d ö v r ü n ә şәhәrin formalaşması, bişmiş kәrpicdәn istifadәsi aiddir. H. 3 (A–C mәrhәlәlәri; tәqr. e.ә. 2600 – tәqr. e.ә. 1900) ç i ç ә k l ә n m ә d ö v r ü n d ә şәhәrin әhalisi tәqr. 23 000 nәfәr idi; şәhәrin şm.- q.-indә çiy kәrpicdәn platforma üzәrindә yerlәşәn “narınqala” (AB tәpәsi; sah. tәqr. 70 ha; paraleloqram planında), hünd. 15 mdәn çox divarlar, kontrfors qüllәlәr, tәqr. 2 darvaza, çiy kәrpicdәn monumental platformalar (ehtimal ki, ictimai binalar vә әyanlara mәxsus ev-lәr); yaxınlıqda çoxsaylı dulus kürәlәri olan mәhәllә; şimalda (F tәpәsi) taxıl anbarı vә 5 sıra dairәvi planda meydançalar (ehtimal ki, ictimai dәyirmanlar), 2 sıra tikililәr (ehtimal ki, işçilәr üçün); şәrqdә (E tәpәsi) şm.-dan, ş.-dәn vә c.-dan çiy kәrpicdәn olan divarlarla әhatәlәnmiş әsas yaşayış mәhәllәlәri; cәnubda ölülәrin (genetik tәdqiqatlar nәticәsindә qohum olduqları müәyyәnlәşdirilmişdir) düzbucaqlı kәrpic, yaxud daş çәrçivәdә vә ya oval çalalarda (cәmi 1 dәfә taxta tabuta rast gәlinmişdir) şimal–cәnub xәtti üzrә arxası üstә uzadılmış vәziyyәtdә dәfn olunduğu R37 nekropolu tәdqiq edilmişdir. Narınqalanın fortifikasiyası, әsas yol, “dәyirman” meydançaları bişmiş kәrpiclә üzlәnmişdir. Tapıntılar arasında naxışlı (o cümlәdәn zoomorf vә nәbati ornamenti olan) keramika; üzüklәr, sırğalar, tunc güzgülәr; әqiqdәn, saxsıdan, qızıldan, lacivәrddәn muncuqlar; möhürlәr var. H. 4 k e ç i d d ö v r ü şәhәrin tәrk olunması vә monumental tikililәrin dağılması ilә sәciyyәlәnir. H. 5 (s o n H ; tәqr. e.ә. 1300 ilәdәk) dövrü әvvәllәr ölülәrin başları şәrq istiqamәtindә olmaqla ayaqları bükülü vәziyyәtdә çalalarda dәfn olunduğu; sonralar isә yandırılmış meyitlәrin külünün qırmızı rәngli naxışlı urnalarda dәfn edildiyi H mәzarlığı ilә tәmsil olunur. Qismәn bәrpa edilmiş H.-nın xarabalıqları Ümumdünya irsi siyahısına daxil edilmişdir.
    Harappa şәhәrinin qalıqları.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU