Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HARÁPPA MƏDƏNİYYƏTİ
    HARÁPPA MƏDƏNİYYƏTİ, H i n d m ә d ә n i y y ә t i – Hindistan y-a-nın şm.-q.-indә Eneolit – Tunc dövrlәrinә aid dünyanın әn qәdim mәdәniyyәtlәrindәn biri. 1920 ildә aşkar edilmiş, R.Sahni, R.Banerci, M.S.Vats, C.Marşall, E.Makkey, M.Uiler vә b. tәrәfindәn öyrәnilmişdir. Hazırda Hindistan Arxeoloji Xidmәti, Pakistan Arxeologiya Departamenti, Fransa, İtaliya, ABŞ vә s. ölkәlәrin ekspedisiyaları tәrәfindәn tәdqiq olunur. H.m.-nә mәxsus 1000-dәn çox yaşayış mәskәni vә şәhәr, o cümlәdәn Harappa, Mohenco-Daro, Çanhu-Daro (Pakistan), Dholavira, Lothal, Kalibanqan, Rupar (R o p a r) (Hindistan) mәlumdur. H.m.-nin Ravvi (tәqr. e.ә.3300–2800) vә Kot Dici (tәqr. e.ә. 2800–2600) mәrhәlәlәrindәn ibarәt olan, şәhәrlәrin meydana gәlmәsilә sәciyyәlәnәn Erkәn dövrü (Regionalisation Era); çiçәklәnmә mәrhәlәsi, bilavasitә H.m. (tәqr. e.ә.2600–1900) olan Yetkin dövrü (Mature Harappan, Integration Era); şәhәrlәrin tәrk edilmәsi (tәqr. e.ә. 1900–1300) ilә sәciyyәlәnәn Son dövrü (Localisation Era) müәyyәnlәşdirilmişdir. H.m. üçün şәhәr tәsәrrüfatı vә şәhәrsalmanın (o cümlәdәn planlı; kәrpicdәn vә s.-dәn olan platformalar, ictimai vә ikimәrtәbәli tikililәr), sәnәtkarlıq vә tәtbiqi sәnәtin (bişmiş kәrpic; dulus çarxı; hәndәsi vә nәbati ornamentli naxışlı keramika; әmәk alәtlәri, qılınc-xәncәrlәr, ox ucluqları, ülgüclәr vә s. üçün mәrgümüşlü tunc; qızıldan, gümüşdәn, minerallardan, balıqqulağıdan düzәldilmiş bәzәk әşyaları; möhürlәr, o cümlәdәn steatitdәn olan, üzәrindә tәsvirlәr, yazılar olan möhürlәr) inkişafı; dәniz ticarәti dә daxil olmaqla Qәrbi, Orta vә Cәnub-Şәrqi Asiyayadәk ticarәt әlaqәlәrinin (çәki daşları, fil sümüyündәn ölçü tamasaları vә s.) (bax hәmçinin Mis dәfinәlәr mәdәniyyәti) mövcudluğu, dini kultlar sәciyyәvidir. Harappa yazısı hәlә oxunmamışdır. H.m. sakinlәri bir neçә növ arpa, buğda, paxla, pambıq, sonralar hәmçinin çәltik becәrir; kәl, zebuyabәnzәr öküz, qoyun, donuz yetişdirir; it, pişik, ehtimal ki, fillәrin әhlilәşdirilmәsilә mәşğul olurdular. H.m.-nin daşıyıcıları Aralıq dәnizi, Alp, zәnci-Avstraliya irqi tiplәri ilә tәmsil olunur. H.m.-nin süqutunun sәbәblәri (ekoloji böhran, daşqınlar, epidemiyalar, yeni әhalinin soxulması vә s.) mübahisәlidir. H.m. ilә bağlı әnәnәlәr Hindistan y-a-na arilәrin gәlmәsindәn sonra da davam etmiş, Hindistan vә Pakistanın indiki xalqlarında da izlәnilir.
    Harappadan tapılmış miniatür gil fiqurlar. Tәqr. e.ә. 2500 il. Bruklin muzeyi.
    Nyu-York.
    Cilalanmış boyalı qab vә әqiq muncuqlar. Harappa. E.ә. 203–220 minilliklәr.
    Milli muzey. Delhi.
     
    Kahin-hökmdarın fiquru. Mohenco-Daro. Harappa mәdәniyyәtinin son
    dövrü. Milli muzey. Kәraçi. Pakistan.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU