Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HARBORD MİSSİYASI 
    HARBORD MİSSİYASI – 1919 ildә Qafqazda hәrbi-siyasi vәziyyәti, coğrafi, iqtisadi, idarәetmә vә s. mәsәlәlәri әtraflı öyrәnmәk üçün göndәrilmiş ABŞ xüsusi missiyası. ABŞ-ın Qafqaza marağının artdığı, Amerika siyasi dairәlәrindә Qafqaz mandatı mәsәlәsi müzakirә edildiyi şәraitdә ABŞ prezidenti V.Vilson regiona missiya göndәrmәk qәrarına gәlmişdi. Avqustun ortalarında ABŞ-ın Versaldakı nümayәn dәliyinin başçısı F.Polk Qafqaz respublikalarının Parisdәki nümayәndәlәrinә xüsusi mәktubla müraciәt edәrәk, H.m.-na dair mәlumat verdi. 1919 il sentyabrın 12-dә H.m. İstanbula gәldi. Burada gen. Harbord İngiltәrә, Fransa, İtaliya komissarları, habelә Yaxın Şәrqdә Amerika mәnafeyini müdafiә edәn İsveç sәfiri ilә, hәmçinin Türkiyәnin Qafqazla bağlı mövqeyini öyrәnmәk üçün Sivasda Atatürklә görüşdü. Atatürk mәrkәzi İrәvan olan Ermәnistan cümhuriyyәtinә qarşı heç bir düşmәnçiliyin olmadığını, eyni zamanda, Ermәnistanın öz әrazisindә müsәlmanlara qarşı vәhşiliklәr törәtdiyini, başqa yerlәrdәki ermәnilәri dә bu işә tәhrik vә hәtta Türkiyәnin hüdudlarına müdaxilә etdiyini Harborda bildirdi. H.-un başçılıq etdiyi missiya İrәvan vә Tiflisdәn sonra oktyabrın 4-dә Bakıya gәldi. Milyonçu H.Z.Tağıyevin evindә yerlәşdirilәn gen. Harbord AXC Baş naziri N.Yusifbәyli, xarici işlәr naziri M.Cәfәrov, yollar vә poçt-teleqraf naziri X.Mәlikaslanov vә b. rәsmi şәxslәrlә danışıqlar apardı. “Azәrbaycan” qәzeti H.m. ilә aparılmış danışıqlara dair mәlumatında qeyd edirdi ki, AXC-nın siyasi vә iqtisadi vәziyyәtindәn razı qalan gen. Harbord Azәrb.-ın istiqlaliyyәtinin Paris sülh konfransı tәrәfindәn tezliklә tanınacağını söylәdi. H.m.-nın qısamüddәtli sәfәrindәn şәhәrin ermәni әhalisi vә onların milli tәşkilatları da istifadә etdilәr. Ermәnistan hökumәtindәn qabaqcadan gizli tapşırıq almış Bakıdakı (elәcә dә Tiflisdәki) ermәni milli tәşkilatları vә kilsәlәri ermәni әhalisi adından tәlәblәri Harborda tәqdim etdilәr. Müraciәtdә 1918–19 illәrdә cәrәyan edәn hadisәlәr, o cümlәdәn Azәrb. xalqına qarşı ermәnilәrin törәtdiklәri soyqırımları da saxtalaşdırılmış şәkildә tәqdim olunmuşdu. Oktyabrın 16-da Parisә gәlәn H.m. mәruzә tәqdim etdi. Hәr üç respublikanın siyasi tәmayülü Harbord tәrәfindәn belә xarakterizә edildi: Gürc. müstәqillik üzәrindә israrlıdır, Erm. Rusiya mandatına tәrәfdardır, Azәrb. isә Türkiyәyә meyillidir vә xristianlara etibar etmir, lakin onun tәhsil görmüş nümayәndәlәri xarici әlaqәlәrin inkişaf etdirilmәsinin zәruriliyini başa düşürlәr. Harbord “ermәni mәsәlәsi” ilә tanış olduqdan sonra bu qәnaәtә gәlmişdi ki, ABŞ Erm.-a hәr hansı vәkalәt vermәkdәn imtina etmәlidir. H.m.-nın hazırladığı mәruzәdәn belә bir nәticә hasil olurdu ki, o, Cәnubi Qafqazın vә İstanbulun bir mandatda birlәşdirilmәsinә tәrәfdardır vә bu mandatın ABŞ tәrәfindәn götürülmәsinә etiraz edir. H.m. ABŞ-ın Qafqaz mandatlığına son qoydu vә Amerika siyasi dairәlәrin dә geniş yayılmış ermәnipәrәst әhval-ruhiyyәyә ağır zәrbә vurdu.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU