HÁRDTOP (ing. hardtop, hard – bәrk, sәrt + top – üst, yuxarı) – minik avtomobilinin qapalı kuzası; damı sәrtdir, yan dayaqları yoxdur vә kuzanın qapılarında endirilәn yan şüşәlәr olur. Yan dayaqların olmaması әtrafı görmәni yaxşılaşdırır. Dayaqlar olmadığına görә damın vә kuzanın aparıcı hissәlәrinin sәrtliyini artırmaq lazım gәlir.










