HÁRİ, C a m b i – İndoneziyada, Sumatra a.-nda çay. Uz. tәqr. 600 km, hövzәsinin sah. tәqr. 40 min km2. Barisan silsilәsinin ş. yamaclarından başlanır, әsasәn bataqlıqlaşmış düzәnlikdә axaraq, Cәnubi Çin dәnizinin Berxala boğazına tökülür. İl boyu bolsuludur. Orta su sәrfi 1500 m3/san-dir. Telenaypura (Cambi) ş. H. çayı sahilindәdir; buradan dәniz gәmi yolları başlanır.

Hari çayı.










