HARİS MÜHASİBİ (
), Ə b u A b d u l l a h ә l - H a r i s i b n Ə s ә d (tәqr. 781, Bәsrә – 857, Bağdad) – sufizmin ilk nәzәriyyәçilәrindәn biri, ilahiyyatçı. Yәzid ibn Harun vә Əbu İshaq Qureyşidәn hәdis vә fiqhi öyrәnmişdir. Gәnc yaşlarında Bağdada köçmüş H.M.-nin çox sayda müridi (o cümlәdәn Cüneyd) olmuşdur. Bağdadda güclәnәn hәnbәlilәrin mötәzilә ardıcıllarını rasionalizmә görә sәrt şәkildә tәqib etmәsi hәtta mötәzililәrә zidd olan, lakin spekulyativ ilahiyyatın tәbliğindә ittiham edilәn H.M.-dәn dә yan keçmәmişdir. Əhmәd ibn Hәnbәlin başçılığı ilә aparılan antitәbliğat nәticәsindә H.M. 846 ildә tәdrisdәn tamamilә uzaqlaşdırılmış vә ömrünün sonunadәk tәcriddә qalmışdır. Hәm әnәnәçilik, hәm rasionalizm, hәm dә mistik tәcrübәdә ifratçılığa qarşı çıxan H.M. bu üç elementi sintez edәrәk batinin vә zahirin harmoniyasını qurmuşdur. H.M.-yә görә, tәsәvvüf nәzәri sistem, yaxud mistik tәcrübәlәr mәcmusu kimi deyil, sosial hadisә kimi üzә çıxır, ictimai fәallıq fәrdimә nәvi tәkamüllә eyni sәviyyәdәdir. Bu baxımdan sufilik tәrki-dünyalığa, ağır fiziki vә ruhi sınaqlara әsaslanan cәmiyyәtdәn kәnar ezoterik tәlim yox, kainatın әzәli yaradılış prinsiplәri ilә harmoniya daxilindә hәr bir insanın mәnәvi tamlığını nәzәrdә tutan әxlaq fәlsәfәsidir. H.M.-nin bütün әsәrlәrin dә әnәnәvi sufi traktatlarına xas olan ezoterik bilgilәri real insan yaşantıları әvәz edir, şәxsiyyәtin daxili konfliktlәrinin sosial adaptiv hәllinә qarşı onlardan birdәfәlik tәmizlәnmә düsturu irәli sürülür. H.M.-nin yaradıcılığının zirvәsi olan “Ər-Riayә li-hüquqillah” (“İlahi hüquqa riayәt”) әsәri klassik tәsәvvüfün ilk sistemli nümunәsi, fәrdi ziddiyyәtlәrdәn xilasolma vә ictimai nizamı tәminetmә haqqında doktrinadır. Əsәrdә ilahi qanunlara tabelilik xilasolmanın yeganә yolu kimi göstәrilir. H.M.-nin diqqәt mәrkәzindә bilavasitә tabeliliyin özü deyil, qanunlara tabe olması gәrәkәn insanın mövcud şәraitdәki psixoloji durumudur. Əsәrin әxlaq fәlsәfәsinә hәsr olunmuş hissәsindәn sonra “mәrifәtün-nәfs” (insan varlığının tanınması) probleminә ayrılmış fәsillәrdә insana xas müxtәlif dәruni halların әsaslı psixoloji tәhlili obyektiv dәyәr vә qanunların subyektiv insan reallığı ilә birlikdә öyrәnilmәsinin zәruriliyini göstәrir. İnsan davamlı olaraq özünü aldatmağa meyilli bir varlıqdır. Bu aldanışların sәbәbi bilgi azlığı vә әqlin naqisliyidir. İnsan vücudunda daim yaranan çox saylı müsbәt vә mәnfi impulslar xaosun da doğru vә yanlışı ayırd etmәyin yeganә meyarı mütlәq bilikdir. Buna görә dә, H.M.-nin әxlaq doktrinasının tәmәlini ağıl tәşkil edir. Ağlın hisslәr üzәrindә üstünlüyünü tәmin etmәk üçün düşüncәni hәrәkәt vә tәcrübәdәn önә keçirmәk lazımdır; düşüncәyә nisbәtәn hәrәkәt vә tәcrübәdә yanlışlıq riski daha çoxdur. Yalnız davamlı düşünmәk vә mütlәq biliyә nail olmaqla davranışların doğru vә ya yanlış olduğunu müәyyәnlәşdirmәk mümkündür. Bu, H.M.-nin işlәyib hazırladığı vә tәxәllüsünün qaynaqlandığı özünәmәxsus “mühasәbә” (haqq-hesab etmә, yoxlama) konsepsiyasının mәğzini tәşkil edir. H.M. tәsәvvüfün batini praktikasını biliyә әsaslanan nәzarәt mexanizminә çevirәrәk insanın bütün dәruni hallarının vә davranışlarının davamlı yoxlanılmasının mümkünlüyünü әsaslandırmışdır. Bütün mәnәvi iztirabların sәbәbi mәhz özünәnәzarәt mexanizminin işlәmәmәsindәn qaynaqlanan sublimasiyalardır. Buna görә dә, insanın fәrdi vә ictimai vәzifәsi özünәnәzarәt qaydasında ilahi hüquqa riayәt etmәkdir. H.M.-nin dövrümüzәdәk çatmış 30-dan çox әsәri içәrisindә әn mәşhurları “Ən-Nәsaih” (“Nәsihәtlәr”; yaxud “Əl-Vәsaya” – “Vәsiyyәtlәr”), “Mahiyyәtül-әql vә mәnahu” (“Ağlın mahiyyәti vә mәnası”), “Kitabül-ilm” (“Elm kitabı”), “Fәhmül-Quran vә mәnahu” (“Quranın anlaşılması vә mәnası”) vә s.-dir. Əsәrlәrinin çoxu dialoqlar şәklindә qurulmuşdur. H.M.-nin ideyaları tәsәvvüf әdәbiyyatının sütunlarından birinә çevrilmiş, Quşeyri, Hücviri, Sührәvәrdi vә b. ondan çox saylı iqtibaslar etmişlәr. Onun Əbu Sәid Xәrraz, Mәhәmmәd ibn Əli Tirmizi vә Əbu Talib Mәkkiyә tәsiri daha aydın nәzәrә çarpır. Özünün “Ehya ülumid-din” әsәri ilә “Ər-Riayә”nin mәzmun vә mahiyyәtini açıqlayan vә H.M.-yә ruhәn bağlı olan M.Qәzzali onun mәnәvi müridi hesab edilir.










