HARMATÁN – ilin quraq vaxtında (noyabr–mart) Böyük Sәhradan Qvineya körfәzi vә Afrikanın q. sahilinә (20° şm. e.-ndәn c.-a) doğru әsәn şm.-ş. passatı. Mövsümü xarakterli olduğundan qış Afrika mussonu da adlanır. Bәzәn 2–3 ay dayanmadan әsir. Yüksәk dәrәcәdә quruluğu vә tozluluğu ilә fәrqlәnir; okeana küllü miqdarda qum daşıyır; savannaların ot örtüyünü qurudur.










