HARMONİK ANALİZ (Furye analizi) – riyazi analizin bölmәsi: mürәkkәb rәqsi hәrәkәtlәri tәsvir edәn funksiyaların daha sadә funksiyalarla ifadә edilmәsini öyrәnir. Mәs., A sin(ωx + φ) şәklindә harmonik funksiya, burada A, ω, φ – sabitlәr, x isә dәyişәndir. Furye sıraları nәzәriyyәsi, Furye inteqralları nәzәriyyәsi, sanki periodik funksiyalar nәzәriyyәsi H.a.-ә aiddir. H.a.-dә hәm bir, hәm dә çox dәyişәni olan funksiyalar öyrәnilir. H.a.-in üsulları riyaziyyatın bir çox bölmәlәrindә: kompleks analizdә analitik funksiyanın sәrhәd xassәlәrindә, riyazi fizikada xüsusi törәmәli tәnliyin Furye metodu ilә hәllindә, ehtimal nәzәriyyәsindә tәsadüfi kәmiyyәtin xarakteristik funksiyaların kömәyi ilә paylanması xassәlәrindә, hәmçinin fizika vә texnikada tәtbiq olunur.










