HARMONİK ANALİZÁTOR – mürәkkәb dövri funksiyaların harmonikalarının amplitudunu tapmaq üçün ixtisaslaşdırılmış hesablama qurğusu. Mexanizmlәrin iş dinamikasının tәdqiqi, sәs rәqslәrinin tәhlili vә s. üçün tәtbiq edilir. Əksәr H.a.-ların işi riyazi modellәşdirmә prinsipinә әsaslanır; verilәn mürәkkәb funksiya vә H.a.-da yaranan sinus vә kosinus funksiyaları uyğun olaraq dәyişәn fiziki parametrlәrlә tәsvir edilir. Qrafiki verilmiş funksiyaların tәhlili üçün olan H.a. daha çox yayılmışdır.










