HARMONİK DÜZÜLÜŞ – dörd M1, M2, M3, M4 nöqtәlәrinin ll1 düz xәtti üzәrindә elә düzülüşüdür ki, M3 nöqtәsi M1M2 parçasının daxilindә, M4 nöqtәsi isә bu parçanın xaricindә yerlәşir vә
nisbәtlәri bәrabәrdir (şәkil). Adәtәn, düz xәtt üzәrindә iki parçanın istiqamәtlәri eyni olduqda onların nisbәti müsbәt, müxtәlif olduqda isә mәnfi hesab edilir. Ona görә M1, M2, M3, M4 nöqtәlәrinin H.d.-nü hәm dә onunla xarakterizә etmәk olar ki, bu nöqtәlәrin ikiqat nisbәti, yәni:
nisbәti –1-ә bәrabәrdir. Harmonik düzülmüş nöqtәlәri hәr hansı düz xәttә proyeksiya etdikdә onlar harmonik düzülmüş nöqtәlәrә keçir. Ona görә dә H.d. proyektiv hәndәsәnin әsas anlayışlarından biridir. M1, M2, M3, M4 nöqtәlәrinin H.d.-ü aşağıdakı konfiqurasiyalarla әlaqәdardır. Tutaq ki, M1 vә M2 nöqtәlәri ABCD dördbucaqlısının cüt-cüt qarşı tәrәflәrinin kәsişmә nöqtәlәridir, onda M3 vә M4 bu dördbucaqlının diaqonallarının M1M2 düz xәtti ilә kәsişmә nöqtәlәri olacaq. H.d. anlayışı digәr hәndәsi obyektlәrә dә aid edilir: harmonik düzülmüş nöqtәlәrin birindәn proyeksiya olunan 4 şüa harmonik şüalar dәstәsini әmәlә gәtirir. Analoji olaraq harmonik müstәvilәr dәstәsi tәyin olunur.










