HARMONİK ORTA – verilmiş a1, a2, ...,an müsbәt әdәdlәrinin tәrs qiymәtlәrinin әdәdi ortalarının tәrsi olan әdәd, yәni n/(1/a1+1/a2+...+1/an) әdәdi. Mәs., 1/n әdәdi 1/(n – 1) vә 1/(n + 1) (n = 2,3, ...) kәsrlәrinin H.o.-sıdır. a1, a2, ... , an әdәdlәrinin H.o.-sı onların әdәdi ortasını aşmır.










