HARMÓNİYA – musiqi vә musiqişünaslığın mühüm kateqoriyalarından, әsas ifadә vasitәlәrindәn biri. Musiqi tonlarının qanunauyğun şәkildә hәmahәnglikdә birlәşmәsinә vә hәmahәnglik ardıcıllıqlarındakı qarşılıqlı әlaqәyә әsaslanır. H.-ya tәkcә bir tonallıq daxilindә hәmahәng liklәrin qarşılıqlı әlaqәsi deyil, tonallıqların qarşılıqlı nisbәti dә daxildir. H.-nın әsasını akkordlar tәşkil edir; konsonans vә dissonans akkordlar mәqamın müәyyәn qanunları әsasında qurulur. Başqa sәs vә hәmahәng likdәn asılı olaraq, akkordun mәqam funksiyası da müxtәlif olur (sabitliyi vә qeyri-sabitliyi, gәrginliyi vә s.). H. çoxsәsli musiqidә (homofoniya, polifoniya) sәslәrin hәrәkәt prosesi zamanı yaranır. Homofonharmonik üslublu musiqidә melodiyanın (adәtәn üst sәs) harmonik müşayiәti (qalan sәslәr) olur. Hәr bir melodiyanın daxilindә H. rüşeymi var. Harmonizasiya melodiyanın bu xüsusiyyәtinә әsaslanır. H. forma yaranışı prosesinin mühüm amillәrindәndir. Musiqi әsәrinin kompozisiyasında tonallıq planı, modulyasiya, kadensiya vә s. mәqam-harmoniya vasitәlәri mühüm rol oynayır. H. musiqinin melodiya, ritm vә s. ifadә vasitәlәri ilә üzvi әlaqәdә olaraq, әsәrin bәdii niyyәtinin tәcәssüm olunmasında iştirak edir. H.-nın kökü xalq musiqisi ilә bağlıdır. Musiqi sәnәtinin inkişafı ilә әlaqәdar H. dәyişir, yeni üsul vә ifadә vasitәlәri ilә zәnginlәşir. Müxtәlif dövr vә milli bәstәkarlıq mәktәbi nümayәndәlәrinin yaradıcı lığında rәngarәng H. üslubu tәşәkkül tapmışdır. “H.” anlayışı әsas mәnasını (“loqos”) saxlamaqla sәs ucalığının nizamlanması haqqında musiqi meyarı kimi qәbul olunmuşdur. H. tәdris fәnni kimi musiqi nәzәriyyәsinin әsasını tәşkil edir.
Əd.: Т ю л и н Ю. Н. Учение о гармонии. 3-е изд. М., 1966.










