HARMÓNİYA (yun. άρμονία – әlaqә, nizam, mütәnasiblik) – tamın hissәlәrinin mütәnasibliyi, obyektin müxtәlif komponentl әrinin vahid üzvi tam halında birlәşmәsi; estetika vә fәlsәfәnin kateqoriyası olsa da, sosial-siyasi vә etik nәzәriyyәlәrdә dә tәtbiq edilir; ilkin mәnada istәnilәn sistemli tәşkil tipini (kosmologiyada, psixologiyada, siyasәtdә vә s.) interpretasiya edәn musiqi metaforasını (musiqidәki mәqama analogiya olaraq) bildirirdi. Qәdim yunan fәlsәfәsindә H. anlayışı kosmosun nizamlılığı ideyasını (xaosun әksinә olaraq) ifadә edirdi. Antik dünya üçün ümumi olan kosmik H. konsepsiyası ilk dәfә dünyanın musiqili quruluşu haqqında tәlimi yayan orfik-pifaqorçu әnәnә ardıcılları tәrәfindәn müfәssәl işlәnmiş vә konkretlәşdirilmişdir (bax Sferalar harmoniyası). Heraklit H.-nı daha geniş mәnada – әksliklәrin gizli eyniliyi kimi (“gizli harmoniya aşkar harmoniyadan yaxşıdır”) başa düşürdü. Platon “Timey” dialoqunda pifaqorçuların H. haqqında tәlimini inkişaf etdirdi, H.-nı insan-vәtәndaşın fiziki görkәmindә, әmәllәrindә, nitqlәrindә vә yaratdığı әsәrlәrdә tәzahür edәn mәziyyәtlәrinin mәcmusu kimi başa düşmәklә H.-ya әxlaqi mәna verdi. Aristotel musiqi H.-sını gerçәkliyin bütün sahәlәrinә şamil etmәklә, H.-nı tamın vәhdәti vә bitkinliyi kimi nәzәrdәn keçirirdi. Mәs., Aristotelә görә, tonların müxtәlif növ ardıcıllığı müxtәlif ictimai vә tәrbiyәvi әhәmiyyәtә malikdir. Hәrtәrәfli inkişaf etmiş insan idealını irәli sürәn İntibah estetikasında H. anlayışı mühüm yer tuturdu. H. qanunlarını elmi şәkildә formulә etmәk cәhdlәri Leonardo da Vinçi, A.Dürer vә b. üçün sәciyyәvidir. İntibah estetikası H.-nın әsaslarını insan bәdәninin ideal plastik tәşkilindә, daxili vә xarici keyfiyyәtlәrin bir-birinә qarşılıqlı nüfuz etmәsindә, proporsiyaların riyazi dәqiqliyindә vә s. görürdü. H. gözәlliyin mühüm әlamәti, hәtta mәnbәyi sayılırdı. 18 әsrdә H. anlayışını rasionalizm nüma yәndәlәri işlәmişlәr. Q.V.Leybnits әzәldәn qurulmuş harmoniya tәlimini inkişaf etdirәrәk, bütün monadaların bir-birinә uyğun gәldiyini vә bu uyğunluğun Allah tәrәfindәn bәrqәrar olunduğunu (“Monadologiya”) vurğulayırdı. Maarifçilik estetikası H.-nın antik anlamını qәbul edәrәk, onun tәrbiyәvi әhәmiyyәtini önә çәkirdi (A.Şeftsberi). H. anlayışı alman klassik estetikasında (İ.İ.Vinkelman, İ.V.Göte, F.Şiller) böyük rol oynayırdı. İ. Kant H.-nın mәnbәyini insan subyektinә köçürmәklә, H.-nı ilk növbәdә ağılla hissiyat arasında uzlaşma kimi başa düşürdü. Q.V.F.Hegel H.-nın geniş nәzәriyyәsini yaratmışdır. Hegelә görә, batin vә zahirin, insan vә mühitin, gerçәklik vә fantaziyanın H.-sı tarixin nisbәtәn erkәn dövrlәri, xüsusilә Qәdim Yunanıstan üçün sәciyyәvidir vә “romantik incәsәnәt”in, yәni Yeni dövr incәsәnәtinin özündә daşıdığı mәnәvi-ruhani hәyatın zәnginliyini ifadә etmәyә qadir deyil. O, öz yerini disharmoniya, parçalanma vә antaqonizmin ifadәsi olan kolliziyalara verir.










