HÁRRİSBURQ – ABŞ-ın şm.-ş.-indә şәhәr. Pensilvaniya ştatının inz. m. Əh. 54,6 min (2014). Saskuehanna çayı sahilindәdir. Nәql. qovşağı. İri yeyinti (şokolad istehsalı, un üyütmә) sәnayesi mәrkәzi. Qara metallurgiya, elektrotexnika, elektron, aviasiya (mühәrrik detalları), dәzgahqayırma, metal emalı sәnayesi var. Müstәmlәkәyәqәdәrki dövrdә bu әrazidә mәskunlaşmış saskuehannok tayfası ibtidai әkinçilik, ovçuluq vә yığıcılıqla mәşğul olmuş, hindi tayfaları arasında mübadilә ticarәtinin aparılmasında vasitәçilik etmişdir. 1608 ildә bu әraziyә Con Smitin rәhbәrliyi ilә ingilis ekspedisiyası gәlmişdir. 1718 ildә Uels taciri Con Harris şәhәrin әsasını qoymuşdur. Harrys’ Ferry (“Harris bәrәsi”) adlı kәndin adı 1785 ildә XVI Lüdovikin şәrәfinә Luisburq (Louisburg) adlandırılmışdır. Lakin 1791 ildә şәhәr statusunu alan qәsәbә artıq H. adlanırdı. Pensilvaniya kanalının açılışı (1834), d.y. xәttinin (1836) vә Pitsburqa qәdәr magistral yolun (1847) salınması ilә H.-un nәqliyyat qovşağı kimi әhәmiyyәti artdı. 1812 ildә H.ştatın paytaxtı oldu. 19 әsrin sonunda H.-un inkişafı qara metallurgiya ilә sıx bağlı idi. 1920-ci illәrdәn şәhәrin tәnәzzülü başladı, sәnaye müәssisәlәri bağlanıldı, ağdәrili әhali şәhәrәtrafı qәsәbәlәrә köçdü, şәhәrin mәrkәzi zәnci gettosuna çevrildi. Hazırda H. müflis şәhәr sayılır, sakinlәrinin әsas hissәsinin gәlir mәnbәyi sosial müavinәtlәrdir. 1974 ildәn şәhәrin yaxınlığında fәaliyyәt göstәrәn Tri-Mayl-Aylend AESdә 1979 il martın 28-dә ABŞ tarixindә әn ağır nüvә qәzası baş vermişdir.










