HARŞAVARDHANA PUŞPABHUTİ (H a r ş a) (590–647) – Hindistanın şm., mәrkәzi vә ş. әrazilәrinin böyük hissәsini әhatә edәn imperiyanın yaradıcısı vә hökmdarı. Pәncabın bir hissәsini, Qanq vә Camna arasındakı әrazilәri idarә edәn qardaşının qonşu hökmdar Şaşanka tәrәfindәn öldürülmәsindәn sonra hakimiyyәtә gәlmişdir. Şaşankanı vә Maukharilәrin (H.P. bu sülalәnin sonuncu racәsinin bacısı ilә evlәnmişdi) torpaqlarını işğal etmiş Malva hökmdarı Devaquptanı öldürdükdәn sonra onların torpaqlarını öz mülklәrinә birlәşdirdi. Yürüşlәr nәticәsindә Qucaratdan Benqaliyayadәk, Himalay d-rının әtәklәrindәn Narmadaya qәdәr әrazilәr H.P.-nin hakimiyyәtinә keçdi. O, ölkәsini әsasını qoyduğu yeni paytaxtından – Kanauc ş.-ndәn idarә etdi. H.P.-nin sarayında şairlәr, dramaturqlar vә musiqiçilәr yaşayıb-yaradırdılar [şair-mәddah Bananın sanskritcә “Harşa-çarita” (“Har şanın hәyatı”) әsәri]. H.P.-nin ölümündәn sonra imperiya süqut etdi.










