HÁRTFİLD (Heartfield) Con (әsl adı vә soyadı Helmut Hertsfeld) (19.6.1891, Şmar gendorf, hazırda Berlinin tәrkibindәdir – 26.4.1968, Berlin) – alman rәssamı, sәh nәqraf. Münxendә Tәtbiqi sәnәt mәktәbini bitirmişdir (1911). 1913 ildәn Berlindә yaşamış, avanqardistlәr dairәsinә yaxın olmuşdur. 1916, yaxud 1917 ildә antibritaniya hәrbi tәbliğatına qarşı çıxaraq ingilissayağı Con Hartfild tәxәllüsünü götürmüşdür. 1918 ildәn dadaistlәrin Berlin qrupunun vә Almaniya Kommunist partiyasının üzvü olmuşdur. Jurnalların (“Die Pleite”, 1919 ildәn, G.Qrosla birgә), “Malik” kitab nәşriyyatında (1916 ildә qardaşı naşir vә yazıçı V.Hertsfeldlә birgә tәsis etmişdir) kitabların tәrtibatı ilә mәşğul olmuşdur. 1917–19 illәrdә “Bufa” (UFA) tәbliğat kinostudiyasında işlәmişdir. 1920- ci illәrin 1-ci yarısında sәhnәqraf kimi E.Piskator, M.Reynhardt vә B.Brextlә әmәkdaşlıq etmişdir. Onun anti burjua vә antimilitarist baxışları jurnal illüs trasiyalarında vә özünün yaradıcılarından biri olduğu siyasi fotomontaj janrındakı plakatlarda әksini tapmışdır. 1930–31 illәrdә SSRİ-dә yaradıcılıq sәfәrindә olmuşdur. Nasistlәrin hakimiyyәtә gәlişindәn sonra H. 1933 ildә Praqaya, 1938 ildә B. Britaniyaya qaçmış, 1950 ildә Almaniyaya qayıtmışdır.










