HART (Harte) Frensis Bret (B r e t H a r t) (25.8.1836, Nyu-York ştatı, Olbani – 5.5.1902, London) – amerikan yazıçısı. Müәllim ailәsindә doğulmuşdur. 1854 ildәn Kaliforniyada yaşamış, qızıl axtaran, mürәttib işlәmişdir. 1878 ildә Avropaya getmiş, Almaniyada ticarәt agenti, sonra Şotlandiyada konsul olmuşdur. Peşәkar yazıçılıq fәaliyyәti “Californian” jurnalının redaktoru olarkәn başlamış vә “Qısaldılmış romanlar” (1867) әdәbi parodiyalar silsilәsini, hәmçinin “Mәhv olmuş qaleon” (1867) şeirlәr toplusunu dәrc etdirmişdir. “Hayqıran düşәrgәnin xoşbәxtliyi” (1868) povesti, hәmçinin ABŞ-ın q.-indәki azad torpaqların mәskunlaşması dövründә yaşayan insanların romantik vә eyni zamanda amansız hәyatını tәsvir edәn “Kaliforniya hekayәlәri” (1857–71) silsilәsi H.-a şöhrәt gәtirmişdir. “Qabriel Konroy” (1875–76) romanının, “Şәrq vә Qәrb şeirlәri” (1871) toplusunun tarixi mövzuda yazdığı “Tenkful Blossom” (1877) povesti vә “Klarens” (1895) romanının müәllifidir.
Ə s ә r i: Собр. соч., т. 1–6, М., 1966.











