Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁRTMAN
    HÁRTMAN (Hartmann) Nikolay (20.2.1882, Riqa – 9.10.1950, Göttingen) – alman filosofu. Yuryevdә (indiki Tartu) tibb, S.-Peterburqda klassik filologiya vә fәlsәfә tәhsili almışdır. H. 20 әsr fәlsәfәsindә azsaylı sistemyaradıcılardan biri, “yeni tәnqidi ontologiya”nın banisidir; bu ontologiya Platondan Hegelә qәdәr gәlәn apriordeduktiv vә spekulyativ metafizika әnәnәsindәn ayrıldığına görә “yeni”, Kant kritisizminin problemli mәzmununu tәhriflәrdәn azad etdiyinә görә “tәnqidi” adlandırılmışdır. Yeni ontologiya metodu üç elementi ehtiva edir: çıxış nöqtәsi kimi “varlığın” fenomenoloji tәsviri; “varlıq”ların tәhlili vә hәllini tәlәb edәn probleminqoyuluşu (“aporetika”); bu mәrhәlәlәrin nәticәlәrini düşünülmüş vә әsaslandırılmış tamda birlәşdirәn fәlsәfi refleksiya (nәzәriyyәnin özü). Fenomenologiya tәdqiqatın zәruri hazırlıq mәrhәlәsidir; o, mövcudolanı müәyyәnlәşdirir vә mahiyyәtlәr tәcrübәsindә varlıqların intuitiv dәrkini verir. Lakin o, problem qoymur, predmetin nәzәriyyәsini vermir vә E.Husserl görüşlәrinin tәkamülü göstәrir ki, şüurun hüdudlarından kәnara çıxmır. Husserlin “Şeylәrin özünә doğru!” çağırışını yalnız mövcudolanın özözündә, yәni şüurdan asılı olmayaraq varolmasını qәbul etmәklә hәyata keçirmәk mümkündür. İdrak “transsendent akt” dır, o, subyektdәn kәnarda olan varlığın özü ilә mәşğuldur. Bilavasitә tәcrübә bizә varlığın iki –real vә ideal “sferası”nı, yaxud varlıq “üsulu”nu (Seinsweise) açır. İdeal varlıq xalis riyaziyyat sahәsi, “dәyәrlәr sәltәnәti” vә müәyyәn dәrәcәdә mәntiq sәltәnәtidir; o da real varlıq kimi transsubyektivdir, yәni onu aşkarlayan, lakin yaratmayan dәrkedici subyektdәn asılı deyil. İstәnilәn varlıq iki aspektә – “burda-varlığ”a vә “bu cür-varlığ” a (“Dasein” vә “Sosein”), yaxud әnәnәvi terminologiya ilә mövcudiyyәtә vә mahiyyәtә malikdir. Mәhz “burda-varlıq” aspektindә ideal öz “әşyalılığı”, zamanda mövcudluğu, “faniliyi” vә “fәrdiliyi” ilә “konkretlik sәltәnәti” olan realdan fәrqlәnir. Bütün bu parametrlәrә görә ideal reala qarşıdır: o, hissdәn kәnardır, cisimsizdir, zamansızdır vә ümumini tәmsil edir. H. Platon vә Hegel fәlsәfәsindәn mәlum olan ideyalar dünyası vә şeylәr dünyasının qarşılıqlı münasibәtini tәrsinә çevirir. Hәyatın bütün tamlığı vә mәzmun zәnginliyi hissi qavranılan reallığa mәxsus olanlardır, ideal isә yalnız insanın mövcud olmasına vә bәzi zamanlarda mәnәvi әmәllәrindә, bәdii yaradıcılığında vә elmi işlәrindә onu müәyyәn dәrәcәdә hәyata keçirә bildiyinә görә әhәmiyyәtlidir. Tәsadüfi deyil ki, H.-ın çoxsaylı әsәrlәrindә ideal dünyanın strukturuna dair geniş tәsvirә rast gәlinmir. Modallığın (mümkünün, gerçәyin vә zәrurәtin münasibәti) xüsusi xarakteri determinizmin real dünyada hökmranlığını öncәdәn müәyyәnlәşdirir. Müәyyәn hadisәnin yaranması üçün zәruri şәrtlәrin mәcmusu olan real imkan gerçәkdәn heç nә ilә fәrqlәnmir vә buna görә dә zәrurәtlә üstüstә düşür. Bu heç dә mexaniki sәbәbiyyәtin tәzyiqi demәk deyil. Determinizm formaları varlıq iyerarxiyası strukturunda hansı “tәbәqә”nin, yaxud “qat”ın (Schicht) nәzәrdәn keçirilmәsindәn asılı olaraq şәklini dәyişir. H. aşağı vә yüksәk tәbәqәlәrin– qeyri-üzvi materiyanın, hәyatın, psixi vә ruhi varlığın qarşılıqlı münasibәtlәrini müәyyәnlәşdirәn “qanunlar”ı, “әsasyaradıcı müddәalar”ı formulә edir: “asılılığın әsasyaradıcı müddaәları” (yüksәk olan aşağı olandan asılıdır, әksinә yox), “yeninin qanunu” (yüksәk olan aşağı olana әsaslanmır), “etinasızlıq qanunu” (aşağının yüksәyә qarşı), “materiya qanunu” (aşağı olan yüksәk olan üçün materialdır) vә s. Aşağının yüksәyә doğru inkişafı ola bilmәz vә bu da özünәmәxsus “immanent mәqsәdәuyğunluğ”u (teleologiya) nәzәrdә tutur, teleologiya isә elmlә bir araya sığmaz. M.Şelerin ardınca H. etikaya dair әsәrlәrindә İ.Kantın “formal” etikasına qarşı duran dәyәrlәrin material (mәzmun) etikasını (bax Aksiologiya) işlәyib hazırladı. İnsanın әmәllәri vә şәxsiyyәtin mәnәvi xarakteri “dәyәrlilik hissi”, bir istәk obyektinin digәrindәn emosional cәhәtdәn üstün tutulması (mәs., xeyirli olanı xoş olandan) ilә müәyyәnlәşir. Bu seçim aktı tamamilә fәrdidir, şәxsiyyәtin heç bir ümumi qanunla hesablaşmayan azad qәrarı kimi üzә çıxır. H. buradan çıxış edәrәk, Kantın “Elә hәrәkәt et ki, sәnin iradәnin qaydaları bütövlükdә heç vaxt ümumi qanunvericiliyin әsası olmasın” qәti imperativ formulundan daha önә keçir. Seçim predmeti olan “dәyәrlәr sәltәnәti” obyektiv vә dәyişmәz (tarixәn yalnız dәyәrlәrindәrki dәyişir) sәciyyә daşıyır, onun strukturu vә iyerarxiyasını fәlsәfә müәyyәnlәşdirmәlidir. F.Nitsşeni Kolumb kimi öz kәşfinin mahiyyәtini anlamayan “ilk kaşif” adlandıran H.-a görә, mәhz onun sayәsindә başa düşüldü ki, “dәyәrlәr çoxdur” vә “biz onların nә bütün rәngarәngliyini, nә dә vәhdәtini bilirik”. H. etika vә estetikada fenomenoloji cәrәyana, Qәrbi Avropa vә ABŞ fәlsәfәsindә ontologiyaya dönüşә vә neomarksizmә (D.Lukaç vә b.) tәsir göstәrmişdir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU