HARUN ƏR-RƏŞİD, Ə b u C ә f ә r H r u n ә r - R ә ş i d i b n M ә h ә m m ә d ә l - M e h d i B i l l a h (763, yaxud 766, Rey – 24.3.809, Tus) – Abbasi xәlifәsi [786 –809]. Xәlifә Mәhәmmәd ibn Mәnsur әl-Mehdinin [775–785] oğludur. 779–780 vә 781–782 illәrdә Bizansa qarşı yürüşlәrdә iştirakı zamanı әldә etdiyi uğurlara görә atasından “Rәşid” lәqәbini almış, qardaşı Musa әl-Hadidәn [785–786] sonra vәli әhd tәyin olunmuşdur. Musa әl-Hadi xәlifә olduqdan sonra qardaşının yerinә azyaşlı oğlu Cәfәri vәliәhd tәyin etmәk istәmiş vә H.ә.-R.-i hәbsә atdırmışdır. Lakin Hadinin anası tәrәfindәn zәhәrlәnәrәk öldürülmәsindәn sonra H.ә.-R. Bәrmәkilәrin kömәyi ilә taxta çıxmış, mürәbbisi Yәhya әl-Bәrmәkini vәzir tәyin etmişdir. Xәlifә olduqdan sonra ilk növbәdә Bizansla sәrhәddә istehkamları möhkәmlәtmiş, donanmanı güclәndirmişdir. 790–791 ildә Kipr vә Kritә zәrbәlәr endirmiş, Antalya sahillәrindә Bizans donanmasını mәğlub etmişdir. H.ә.R.-in hakimiyyәti dövründә Deylәm dә (792–793), Şimali Afrikada (793–794), Havranda (792–793; 796) baş vermiş üsyanlar yatırılmışdır. 795 ildә әl-Cәzirә bölgәsindә xaricilәrin üsyanı yatırılsa da, lakin elә hәmin ildә onlar Kirmanda yenidәn üsyan qaldıraraq, Heratı, Sistanı әlә keçirmiş, hakimiyyәtlәrini Farsa qәdәr yaymışdılar. 796 ildә Gürganda da üsyan baş vermiş, bir il sonra üsyançılar hakimiyyәti әlә keçirmişdilәr. H.ә.-R. Bizansa qarşı sәlәflәrinin başladıqları müharibәlәri davam etdirmiş, yarım әfsanәvi mәlumatlara görә, bu müharibәlәrin gedişindә Böyük Karlla diplomatik әlaqәlәr qurmuşdur. 797 ildә Sәfsaf qalasını almış, sәrkәrdәsi Əbdülmәlik ibn Saleh Ankaraya qәdәr irәlilәmişdir. H.ә.-R. 803 vә 806 illәrdә Bizansa yürüşlәr tәşkil etmiş, ikinci yürüşdә Herakleya (E r e ğ l i), İkonium (K o n y a) vә Tyananı (T u v a n a, N i ğ d e) әlә keçirmişdir. Nikiforun sülh istәyi hәm H.ә.R.-in özünә, hәm dә oğlunun adına cizyә ödәnmәsi şәrtilә qәbul edilmişdir. 803 ildә Bәrmәkilәrlә H.ә.-R. arasında başlanan ixtilaf nәticәsindә vәzir Cәfәr ibn Yәhya edam edildi, Yәhya әl-Bәrmәk vә Fәzl ibn Yәhya hәbs olundular. Bundan sonra H.ә.-R. dövlәti tәkbaşına idarә etmәyә başladı. Xorasan valisi Əli ibn İsa ibn Mahanın özbaşınalıqları barәdә çoxsaylı şikayәtlәr әsasında H.ә.-R. 805 ildә onu cәzalandırmaq üçün Reyә getdi. Əli ibn İsa hәdiyyәlәr müqabilindә xәlifәni Bağdada qayıtmağa razı saldıqdan sonra Xorasanda Rafi ibn Leysin rәhbәrliyi ilә üsyan başladı. Üsyan tәhlükәli hal aldığından, H.ә.-R. 808 ildә oğlanları Mәmun vә Salehlә sәfәrә çıxdı, Tus ş.-nә çatdıqda xәstәlәnәrәk vәfat etdi. Dövlәt idarәçiliyindә bir sıra yeniliklәr edәn H.ә.-R. ordunu daim hazır vәziyyәtdә saxlamaq mәqsәdilә Hәrb divanı nәzdindә Ərz divanı tәsis etmişdi. Onun dövründә Xilafәt Kufә, Savad, Bәsrә (Dәclә, Bәhreyn vә Oman daxil olmaqla), Hicaz (Yәmamә daxil olmaqla), Yәmәn, Əhvaz (Xuzistan vә Sicistan daxil olmaqla), Fars, Xorasan, Mosul, әl-Cәzirә, Ərminiyyә, Azәrbaycan, Şam (Suriya), Fәlәstin, Misir (Afrika daxil olmaqla) vә Sind vilayәtlәrinә bölünürdü. Cündikınnәsrin vil. Avasım adı ilә müstәqil bölgәyә çevrilmiş, Şimali Afrika Misirdәn ayrılmış vә Siciliya Afrika vil.-nә birlәşdirilmişdi. Elmә vә incәsәnәtә maraq göstәrәn H.ә.-R. musiqiçilәri, alim vә şairlәri himayә etmiş, özü dә şeir yazmışdır. Onun dövründә Suriya, yunan vә sanskrit dillәrindә yazılmış bir çox әsәr әrәb dilinә tәrcümә olunmuşdur. Qala vә şәhәrlәrdә abadlıq işlәri aparılmış, bәzilәri yenidәn qurulmuşdur. Bağdad dünyanın әn gözәl şәhәrlәrindәn birinә çevrilmiş, burada xәstәxana inşa edilmişdi. H.ә.-R. surәti “Min bir gecә” nağıllarında idealizә olunmuşdur.










