HARÙSPİKLƏR [lat. haruspex, hirae (etrusk dilindә harus) sözündәn – qara ciyәr, içalat vә specio – baxmaq] – Qәdim Romada qurbanlıq heyvanın içalatına (xüsusәn qara ciyәrinә) görә allahların iradәsini oxuyan, hәmçinin tәbiәt hadisәlәrini (ildırım, şimşәk vә s.) yozan kahinlәr. H. falçılığı romalılar vasitәsilә etrusklardan öyrәnmişlәr. Qәdim Romada hәr hansı mühüm dövlәt әhәmiyyәtli, yaxud şәxsi mәsәlәlәrlә әlaqәdar gәlәcәyi görәn kahinlәrә – H.-ә, yaxud avqurlara müraciәt olunurdu.










