HÁRVARD UNİVERSİTETİ (Harvard University) – ABŞ-da әn qәdim un-t. Əsası 1636 ildә Kembricdә (Massaçusets ştatı) kollec kimi qoyulmuşdur. 1639 ildәn ABŞa köçmüş vә öz kitabxanasını vә әmlakının yarısını kollecә vәsiyyәt etmiş ingilis naziri, incәsәnәt bakalavrı C.Harvardın (1607– 38) adını daşıyır. 18 әsrin sonlarınadәk untdә İncilin vә qәdim dillәrin öyrәnilmәsi başlıca yer tutmuş, 18 әsrin sonlarından yeni dillәrin vә riyaziyyatın tәdrisinә başlanılmışdır. Hәlә 19 әsrin әvvәllәrindә kollec әslindә imtiyazlı orta mәktәb idi vә oraya adәtәn 14 yaşlı şagirdlәr qәbul olunurdular. Kollecin un-tә çevrilmәsi faktiki olaraq Harvard kollecinә tibb (1810) vә hüquq (1817) fakültәlәri birlәşdirildikdәn vә tәdris planına tarix, siyasi iqtisad, kimya, geologiya vә digәr kurslar daxil edildikdәn sonra 19 әsrin 1-ci rübündә baş verdi. 19 әsrin 2-ci rübündәn H.u. ABŞ-ın şimal-şәrqindә mәdәni hәyatın mәrkәzinә çevrildi. Un-tin inkişafında 1869–1909 illәrdә onun prezidenti olmuş Ç.Eliot mühüm rol oynamışdır. Un-tin mәzunları arasında ABŞ-ın 7 prezidenti: C.Adams, C.Kuinsi Adams, T.Ruzvelt, F.D.Ruzvelt, R.B.Heys, C.F.Kennedi vә C.U.Buş; 40-dan çox Nobel mükafatı laureatı: T.Ruzvelt (1906), T.U.Riçards (1914), T.S.Eliot (1948), E.M.Pörsell (1952), H.A.Kissincer (1973), N. Blombergen (1981), D.R.Herşbax (1986) vә b. var. H.u.-nin tәrkibinә Harvard kolleci ilә birlikdә mühәndislik vә tәtbiqi elmlәr bölmәsinin dә daxil olduğu incәsәnәt vә elm fakültәsi, tibb (1782) vә stomatologiya (1867) fakültәlәri, hüquq elmlәri in-tu (1817), biznes, sәhiyyә, C.F.Kennedi ad. administrasiya in-tları; biznes, teologiya, tibb, hüquq, dizayn mәktәblәri vә s. daxildir. Muzeylәr: incәsәnәt, tәbiyyat tarixi, arxeologiya, anatomiya. Rәsәdxana (1839). H.u.-nin kitabxanası (1638) dünyada әn böyük kitabxana sistemidir; nәzdindә 100-ә yaxın müstәqil müәssisә var; ümumi fondu 16 mln. nüsxәdәn çoxdur. H.u. ABŞ-ın “Sarmaşıq liqası” adlanan elit un-tlәri qrupuna daxildir.

Harvard Universiteti.










