HÁRVİÇ (Hurwicz) Leonid (21.8.1917, Moskva – 24.6.2008, Minneapolis) – Amerika iqtisadçısı, Nobel mükafatı laureatı (2007, E.Maskin, R.Mayersonla birlikdә). Varşava Un-tini bitirmişdir (1938). 1940 ildәn ABŞ-a köçmüşdür. Çikaqo Un-tindә L. fon Mizesin mühazirәlәrini dinlәmiş, Massaçusets Texnoloji İn-tunda P.Semüel sonun rәhbәrliyi altında çalışmışdı. Çikaqo Un-tinin Meteorologiya İn-tunda statistika vә riyaziyyatdan dәrs demiş (1941 ildәn), İllinoys (1951 ilә qәdәr), Minnesota Un-tlәrindә (1951–69) çalışmışdır. O, optimal qәrarların qәbuletmә mexanizmlәrinin nәzәriyyәsini işlәyib hazırlamışdır. Sövdәlәş mәdә iştirak edәnlәrin şәxsi maraqlarını ayrıca nәzәrdәn keçirәn H.hesab edirdi ki, stimul, iştirakçıların yalnız biri üçün deyil, eyni zamanda bütün iştirakçılar üçün әn sәrfәli olan qәrara gәlmәyә şövq edә bilir. H.-in nәzәriyyәsi әsasında yaradılmış mexanizmlәr müxtәlif problemlәrin innovativ hәllindә istifadәsi mümkündür.











