HASİDİLƏR ( ,
hasidim – dindarlar) – İkinci Mәbәd dövrü yәhudi dinisiyasi cәrәyanının ardıcılları. H.-in ideologiyasının mәrkәzindә Tövratın öyrәnilmәsi, İsraildә bütpәrәstliyin kökünün kәsilmәsi vә yәhudi dini rituallarının möhkәmlәndirilmәsi dayanırdı. H.-in әsas görüşlәri Makkabilәrin 2-ci kitabının erkәn qatlarında әks olunmuşdur. Bәzi tәdqiqatçılar H. hәrәkatını e.ә. 3 (yaxud 4) әsrә aid edirlәr. H.-in adı ilk dәfә Antiox IV Epifanın (e.ә. 175–164) tәqiblәri dövründә, Selevki Suriyasına qarşı mübarizәdә makkabilәrlә (haşmonilәr) birlәşdiklәri dövrdә qeyd edilir. Makkabilәr üsyanının (e.ә. 167–164) mәrkәzindә duran H. Antioxun ellinlәşdirmә siyasәtinә qarşı sәrt mövqe nümayiş etdirirdilәr. Yәhudilәrin dini azadlığına zәmanәt verildikdәn sonra H. suriyalılarla sülh bağlamış, makkabilәrlә әmәk daşlığı kәsmişdilәr. H.-in sonrakı dini-ictimai ideologiyanın inkişafına tәsirini tәdqiq etmәk cәhdlәri birmәnalı nәticәlәrә gәtirib çıxarmır. Bәzi tәdqiqatçılara görә, H. fariseylәrin ideoloji sәlәfidir, bәzilәrinә görә, essenilәr vә Qumran icmasının tәlimlәrinin formalaşmasına bilavasitә tәsir göstәrmişlәr.










